“Listinq: alternativ maliyyələşdirmə yolu”
29 sentyabr 2009-cu il tarixində Bakı Fond Birjasının təşkilatçılığı ilə “Listinq: alternativ maliyyələşdirmə yolu” mövzusunda konfrans keçirilmışdir. Konfransda Bakı Fond Birjasının yeni tətbiq etdiyi listinq qaydaları haqqında ətraflı məlumat verilmış, həmçinin, listinqin şirkətlərin maliyyə imkanlarının artırılmasında rolundan danışılmışdır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Milli Depozit Mərkəzinin iştirakı ilə yanaşı, tədbirdə yerli investor qismində “AZEL”, Azərbaycan İnvestisiya Şirkəti, Azfinansbank kimi təşkilatlar və xarici fond bazarlarından - London Fond Birjasından, İstanbul Fond Birjasından nümayəndələr, həmçinin Beynəlxalq Maliyyə Korporasiyasının və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də iştirak edirdilər.