MDM-Broker əlaqələri
İslam İnkişaf Bankının dəstəyi ilə ölkəmizdə qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihələr çərçivəsində Milli Depozit Mərkəzinin informasiya texnologiları bazasının təkmilləşdirilməsi və Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və broker şirkətləri arasında birbaşa elektron əlaqələrin qurulması planlaşdırılır.
Bu məqsədlə Milli Depozit Mərkəzi tərəfindən yeni proqram təminatı layihəsi işlənib hazırlanmışdır. Təklif edilən yeni proqram təminatı, qiymətli kağızların tədavülü üzrə əməliyyatların sürətləndirilməsinə, risklərin azaldılmasına, əməliyyatların qeydiyyatının kağız sənəd dövriyyəsinin tədricən ləğv edilməsinə və nəhayət, peşəkar iştirakçılar arasında elektron sənəd dövriyyəsinin tətbiqinə imkanlar yaradır.
Hal-hazırda Milli Depozit Mərkəzi yeni proqram təminatının tətbiqinə başlamışdır və brokerlərin proqramla tanışlığı üçün treninqlər keçirilir.