Baş səhifə | Saytın xəritəsi | Əlaqə | Ana səhifəsi et | Seçilmişlərə əlavə et
aze    |    eng    |    rus
 
İstifadəçinin adı: Parol
9 Sentyabr 2010 il
cümə axşamı
 
Xəbərlər


2009-cu ilin 1-ci yarımilliyində MDM-in fəaliyyəti üzrə bir sıra mühüm dəyişiliklər

2009-cu ilin 1-ci yarımilliyində MDM-in fəaliyyəti üzrə bir sıra mühüm dəyişiliklər baş vermişdir:

 MDM-nin yeni təşkilati strukturu təsdiq edilmışdir.

 - MDM QSC-inin Səhmdarlarının Ümumi Yığıncağı və Müşahidə Şurasının birgə iclasının 12 iyun 2009-cu il tarixli qərarı ilə MDM-inin yeni təşkilati strukturu təsdiq edilmışdir. Müvafiq dəyişikliyin nəticəsi kimi, qiymətli kağızlar bazarının infrastruktur tələblərinə və korporativ İdarəetmə prinsiplərinə uyğun olaraq MDM-də yeni struktur bölmələri yaradılmış və ikisütunlu  idarəetmə sistemi tətbiq edilmışdir.

 Vahid pəncərə sisteminə keçirilmişdir.

 - Müştərilərimizə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və daha da sürətləndirilməsi məqsədilə MDM-də Müştəri xidmətləri Departamenti yaradılmışdır. Müştəri xidmətləri Departamenti – Ön ofis  bilavasitə müştərilərə xidmət göstərərək ilkin sənədlərin işlənilməsi və çıxış sənədlərinin müştərilərə təqdim edilməsi üzrə fəaliyyəti həyata keçirir.

 - Həmçinin, müştərilərə xidmətin sistemləşdirilməsi və asanlaşdırılması məqsədi ilə elektron giriş-çıxış sisteminin tətbiqi üzrə işlər tamamlanmaq ərəfəsindədir.

 MDM yeni xidmət növlərinin tətbiqinə başlamışdır. 

 - MDM təmin edilmış istiqrazlar üzrə sərəncamçı kimi xidmət göstərməyə başlamışdır. İlk olaraq, MDM Azərbaycan İpoteka Fondu tərəfindən emissiya edilən istiqrazlar üzrə sərəncamçı funksiyasında çıxış edir.

Sərəncamçı, təmin edilmış istiqrazlar üzrə öhdəliklərin icrasını təmin edərək investorların maraqlarını təmsil edən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və ya kredit təşkilatı ola bilər. 
   
09.07.2009 - Arxivə gayitmag

Son xəbərlər :
09.07.2009



 
Azərbaycan Respublikası, AZ1000, Bakı, Bülbül prospekti 19,
tel: 994-12-4935058; faks: 994-12-5983550
web site: www.mdm.az e-mail: info@mdm.az
 
 
Site by DreamArt ® 2008