Milli Depozit Mərkəzi (MDM) Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli 580 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Depozit Sistemi haqqında" Əsasnaməyə müvafiq olaraq 18 sentyabr 1997-ci ildə təsis edilmiş və ilk adı “Mülk” Milli Depozit Mərkəzi olmuşdur.
Qapalı səhmdar cəmiyyəti formasında təsis edilən MDM-in nizamnamə kapitalı 1 400 000 AZN təşkil edir. MDM-in səhmlərinin 100%-i Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə məxsusdur.
MDM-in yaradılmasında ilkin məqsəd dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərin səhmlərinin saxlanılması və səhmdarlarının uçotunun aparılması olmuşdur. Qiymətli kağızların saxlanılması və reyestrin aparılması xidmətlərinə dair ilk müqavilə 1998-ci ildə imzalanmışdır.
ətraflı
...
Azərbaycan Respublikası, AZ1000, Bakı, Bülbül prospekti 19,