Vakansiyalar

İnformasiya sistemləri və xüsusi proqram təminatı

 Departamentinin proqramçısı

 

İş barədə məlumat:

·         İş qrafiki: 1-5 -ci günlər saat 09:00-dan 18:00-dək 

·         Əmək haqqı: 1000 AZN

·         İş yeri: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi

·         Vəzifə: aparıcı proqramçı

 

İşçinin vəzifələri:

·         Proqram təminatının layihələndirilməsi, hazırlanması, test edilməsi

·         Proqram təminatının sənədlərinin hazırlanması

·         Texniki dəstəyin göstərilməsi

 

Namiz ədə tələblər:

·         Kompyuter elmləri, kompyuter mühəndisliyi və ya əlaqəli bakalavr təhsili

·         Minimum 1 il iş təcrübəsi

·         Komandada işləyə bilmə bacarığı

·         İşində məsuliyyətli olmaq

 

Tələb olunan bilik və bacarıqlar:

·         OOP nəzəriyyəsini yaxşı bilmək

·         Web servislərində işləmə bacarığı

·         Java texnologiyalarını bilmək

·         SQL bilikləri

·         UML, BPML modelləşdirmə dillərini bilənlərə üstünlük verilir

 

Maraqlananlar CV-lərini hr@mdm.gov.az ünvanına göndərə bilərlər.

 

 


İnformasiya texnologiyaları infrastrukturu

Departamentinin aparıcı mütəxəssisi

 

İş barədə məlumat:

·         İş qrafiki: 1-5 -ci günlər saat 09:00-dan 18:00-dək 

·         Əmək haqqı: 1000 AZN

·         İş yeri: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi

·         Vəzifə: aparıcı proqramçı

 

 

İşçinin vəzifələri:

·         Kompüter və şəbəkə avadanlığının, quraşdırılması, sazlanması, test edilməsi

·         Sistem və şəbəkəyə dair sənədlərinin hazırlanması

·         Texniki dəstəyin göstərilməsi

 

Namizədə tələblər:

·         Kompyuter elmləri, kompyuter mühəndisliyi və ya əlaqəli bakalavr təhsili

·         Minimum 2 il iş təcrübəsi

·         Komandada işləyə bilmə bacarığı

·         İşində məsuliyyətli olmaq

 

Tələb olunan bilik və bacarıqlar:

·         Windows Server və Linux sistemlərin inzibatçılığı

·         Exchange Server

·         Virtual əməliyyat sistemlərinin inzibatçılığı

·         Cisco avadanlığı üzərində qurulmuş şəbəkə inzibatçılığı

·         Switch, router, firewall və digər şəbəkə avadanlıqlarınım quraşdırılması, sazlanması

 



 

Maraqlananlar CV-lərini hr@mdm.gov.az ünvanına göndərə bilərlər.




Vakansiya: Hüquq departamentinin aparıcı hüquqşunası

 

Vəzifə və öhdəliklər:

-         Müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;

-         Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;

-          Təşkilatın bütün struktur bölmələrinə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;

-         Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;

-          Təşkilatın maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən məhkəmə və icra orqanlarında müdafiə etmək;

-         Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;

-         Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;

-          Təşkilatın əsasnamələrinin, onlara əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;

-         Beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;

-         Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;

-         Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

 

 

Namizədə olan tələblər:

-         Hüquq sahəsində ali təhsil;

-         Hüquq sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi;

-         Azərbaycan,Rus və İngilis dillərində səlis danışma qabiliyyəti;

-         Qiymətli kağızlar bazarı sahəsinin biliyi;

         -         AR qanunvericiliyinin mülki, prosessual sahələrinin biliyi;

         -         Microsoft office proqramlarında işləmək bacarığı;

         -         Məsuliyyətlilik,danışıqlar aparmaq bacarığı, ünsiyyətçillik;

         -         Problemlərin həllində operativlik.

 

Şərtlər:

-         AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;

-         Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;

-         Əmək haqqı – 1000 AZN.

 

Maraqlanan şəxslər öz CV formalarını hr@mdm.gov.az  ektron poçt ünvanına göndərə bilər.

 

Bildiririk ki, yalnız seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Müraciət üçün son tarix: 01.06.2018