MDM-in göstərdiyi xidmətlər

MDM səhmdar cəmiyyətlərə, fərdi və institusional investorlara aşağıdakı xidmət növlərini göstərir:

- sənədli qiymətli kağızların mühafizə olunan xəzinədə saxlanması;

- sənədsız qiymətli kağızların elektron daşıyıcılarda saxlanması;

- səhmdar cəmiyyətlərin səhmdarlarının reyestrinin formalaşdırılması və aparılması;

- qiymətli kağızlara hüquqların təsdiq edilməsi və qiymətli kağız mülkiyyətçilərinin qeydiyyatı;

- qiymətli kağızlarla əqdlərin qeydiyyatı;

- qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı;

- qiymətli kağızlarla konvertasiya, birləşdirilmə, xırdalanma və sair əməliyyatların aparılması;

- səhmdar cəmiyyətlərinə səhmdarların yığıncaqlarının keçirilməsinin təşkili;

- səhmdarlara çatacaq dividentlərin hesablanması və onlara göndərilməsi;

- səhmdarlara zəruri informasiyanın göndərilməsi və sair xidmətlərin göstərilməsi;

- özəlləşdirmə prosesində istifadə edilən dövlət özəlləşdirmə opsionlarının saxlanılması və silinməsinin təmin edilməsi;

- qiymətli əşyaların depozit qutularında, mühafizə olunan xəzinədə saxlanması.

 

Milli Depozit Mərkəzi tərəfindən verilən ISIN və CFI kodları

 

Milli Depozit Mərkəzi tərəfindən göstərilən xidmətlərin preyskurantı (1)

(01.01.2007-cı il tarixindən qüvvəyə minir)

No

Xidmət növləri

Qeydlər

Ödənişin məbləği, AZN
Hüquqi şəxslər üçün
Fiziki şəxslər üçün

1.

Səhmdar cəmiyyətlərin sənədsiz səhmlərinin saxlanması və səhmdarlarının reyestrinin aparılması üzrə xidmətlərin göstərilməsi (ildə bir dəfə səhmdarların reyestrinin və səhmdarlara verilən reyestrdən çıxarışların təqdim olunması daxil olmaqla)

a) səhmdar cəmiyyətlərin sənədsiz səhmlərinin saxlanmağa qəbulu və səhmdarların reyestrinin ilkin formalaşdırılması üçün birdəfəlik ödəniş olaraq müəssisənin nizamnamə kapitalının:

- Bakı şəhərində yerləşən səhmdar cəmiyyətlər üzrə

- digər şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlər üzrə

b) səhmlərin saxlanması və səhmdarların reyestrinin aparılması üçün illik ödəniş olaraq müəssisənin nizamnamə kapitalının:

- Bakı şəhərində yerləşən səhmdar cəmiyyətlər üzrə

- digər şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlər üzrə

Bakı şəhərində yerləşən səhmdar cəmiyyətlər üzrə ümumi illik xidmət haqqının minimumu 80 AZN, maksimumu isə 8000 AZN məbləğində müəyyən edilir.

Digər şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlər üzrə ümumi illik xidmət haqqının minimumu 40 AZN, maksimumu isə 4000 AZN məbləğində müəyyən edilir.

 

 

 

0,05%

 

0,025%

 

 

 

0,05%

 

0,025%

 

 

 

-

 

-

 

 

 

-

 

-

 

2.

Sənədli və sənədsiz qiymətli kağızların deponentləşdirilməsi (saxlanması) üzrə xidmətlərin göstərilməsi (banklar və siğorta təşkilatları istisna olmaqla)

illik ödəniş olaraq qiymətli kağızların nominal dəyərinin

0,025%
0,025%

2.1

Banklar və siğorta təşkilatları üçün sənədli və sənədsiz qiymətli kağızların deponentləşdirilməsi (saxlanması) üzrə xidmətlərin göstərilməsi

İllik ödəniş olaraq

 

500 AZN

-

3.

Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə xidmətlərin göstərilməsi

illik ödəniş olaraq qiymətli kağızların nominal dəyərinin

0,025%

-

3.1

Səhmləri 100% dövlət mülkiyyətində saxlanılan səhmdar cəmiyyətlərin sənədsiz səhmlərinin saxlanması və səhmdarlarının reyestrinin aparılması üzrə xidmətlərin göstərilməsi (8)

İllik ödəniş olaraq

 

300

-

4.

Digər depozitar təşkilatlarına müxbir hesablarının açılması (2)

bir hesaba görə

50

-

5.

Səhmdar cəmiyyətlərin səhmdarlarının reyestrinin əlavə təqdim olunması

hər əlavə reyestrə görə

20

-

6.

Şəxsi və ya depo hesabının açılması (3)

bir hesaba görə

8

4

7.

Qiymətli kağızlara (dövlət özəlləşdirmə çekləri və opsionları istisna olmaqla) mülkiyyət hüququnun başqasına keçməsi (4)

Əqdlərin qeydiyyatına görə xidmət haqqı qiymətli kağızların alqı-satqı və ya digər yolla mülkiyyət hüququnun dəyişməsi, həmçinin nominal saxlayıcının adına ötürülməsi zamanı hər bir əqd üzrə əqdin ümumi məbləğinə görə hesablanılır

Əqdin ümumi məbləği (5)

400 AZN aşağı
3
400 AZN və yuxarı, 1000 AZN qədər
4
1000 AZN və yuxarı, 2000 AZN qədər
5
2000 AZN və yuxarı, 4000 AZN qədər
10
4000 AZN və yuxarı, 10000 AZN qədər
20
10000 AZN və yuxarı, 20000 AZN qədər
50
20000 AZN və yuxarı, 40000 AZN qədər
100
40000 AZN və yuxarı, 100000 AZN qədər
250
100000 AZN və yuxarı, 200000 AZN qədər
400
200000 AZN və yuxarı, 300000 AZN qədər
700
300000 AZN-dən yuxarı
1000

8.

Deponentləşdirilmiş dövlət özəlləşdirmə çeklərinə və opsionlarına mülkiyyət hüququnun başqasına keçməsinin qeydiyyatı

dövlət özəlləşdirmə çekləri ilə əqdin qeydiyyatı zamanı əqdin aparılması tarixinə özəlləşdirmə çeklərinin rəsmi orta bazar qiyməti, dövlət özəlləşdirmə opsionları ilə əqdin qeydiyyatı zamanı əqdin aparılması tarixinə özəlləşdirmə opsionlarının rəsmi qiyməti əsas götürülməklə əqdin ümumi məbləğinin

0,01 %

0,01%

9.

Qiymətli kağız sertifikatlarının təqdim olunması

bir sertifikata görə

20

20

10.

Səhmdarların reyestrindən əlavə çıxarışların təqdim olunması

bir çıxarışa görə

0,50

0,50

11.

Depo hesabından çıxarışların təqdim olunması

bir subhesabı üzrə

bütün subhesablar üzrə

0,50

10

0,50

10

12.

Qiymətli kağızların öhdəliklərlə yüklənməsi barədə qeydiyyata alınmış şəxslərin sorğularına cavab verilməsi

hər sorğuya görə

5

5

13.

Dövlət özəlləşdirmə çeklərinin deponentləşdirilməsi üzrə xidmətlərin göstərilməsi

a) çeklər depozitə qəbul edilərkən 1 (bir) özəlləşdirmə payı (4 çek) müqabilində birdəfəlik ödəniş olaraq

b) çeklərin saxlanması üçün 1 (bir) özəlləşdirmə payı (4 çek) müqabilində aylıq ödəniş olaraq

0,02%

 

1 günə - (P x 0,02)qəp. (6)

0,02%

 

1 günə - ( P x 0,02)qəp. (6)

 

14.

Qiymətli kağızlarla xırdalanma (split) və birləşdirilmə (konsolidasiya) əməliyyatlarının aparılması

müəssisə üzrə mövcud hesabların sayı

a ) 100-dək olduqda

b) 100-500-dək olduqda

v) 500-dən artıq olduqda

 

200

400

800

 

-

-

-

15.

Qiymətli kağızlarla konvertasiya əməliyyatlarının aparılması

I. Qlobal konvertasiya əməliyyatları zamanı səhmləri konvertasiya edilən müəssisə (müəssisələr) üzrə mövcud hesabların sayı (cəmi)

a) 100-dək olduqda

b) 100-500-dək olduqda

v) 500-dən artıq olduqda

 

II. İndividual konvertasiya əməliyyatları zamanı konvertasiya edilən səhmlərin (daha yüksək nominal dəyərə malik hissənin) nominal dəyərinin

 

 

200 x Кə (7)

400 x Кə (7)

800 x Кə (7)

 

 

0,1%

 

 

-

-

-

 

 

0,1%

 

16.

Qiymətli kağızlar üzrə dividendlərin hesablanması və onların ödənilməsində vasitəçilik

dividendin məbləğindən

0,1%

0,1%

17.

Qeydiyyata alınmış şəxsin rekvizitlərinin dəyişdirilməsi

hər dəyişiklik üçün

haqq ödənilmir

haqq ödənilmir

18.

Səhmdarların ümumi yığıncaqlarının təşkili üzrə xidmətlər

göstərilmiş hər xidmətə görə

Тəşkilati xərclər + 200

-

19.

Özəlləşdirmə prosesinin təminatı məqsədi ilə xidmətlərin göstərilməsi

a) səhmdar cəmiyyətlərinin səhmlərinin satışına dair dövlət əmlakının satıcısından təqdim olunan məlu-matlar əsasında depo hesablarının açılmasına görə

b) dövlət özəlləşdirmə opsionlarının saxlanmasına görə

haqq ödənilmir

 

 

haqq ödənilmir

haqq ödənilmir

 

 

haqq ödənilmir

 

1
Dövlət özəlləşdirmə çеklərinin saхlanması istisna оlmaqla Preyskurantda qeyd edilmiş tariflərə əlavə dəyər vergisi daxil edilməmişdir (qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatların əlavə dəyər vergisindən azad olunduğu nəzərə alınmalıdır) . Azərbaycan Rеspublikası Nazirlər Кabinеtinin 22.06.2005- ci il tariхli 116 saylı Qərarına əsasən : «… Qəpiyin kəsr hissəsi yarım qəpikdən az оlarsa məbləğ tam qəpiyədək azaldılmalı , bu hissə yarım qəpiyə bərabər və daha çох оlduqda məbləğ tam qəpiyədək artırılmalıdır ».
2
Хidmətlərin ödənilməsi üzrə depozitarlararası münasibətlər xüsusi müqavilə ilə tənzimlənir.
3
Vərəsəlik hüququ ilə varisə keçən qiymətli kağızlar üçün hesabların açılmasına görə haqq tutulmur.
4
Qiymətli kağızarın vərəsəliklə keçməsi üzrə əməliyyatların qeydiyyatına görə haqq tutulmur.
5
Əqdin ümumi məbləği alqı-satqı müqaviləsində güstərilmiş qiymətlə , lakin qiymətli kağızın nоminal dəyəri ilə hеsablanmış ümumi məbləğindən aşağı оlmayaraq müəyyən еdilir. Хidmət haqqı tərəflərin razılığı ilə, hər iki tərəfdən bərabər məbləğdə və ya bir tərəfdən tam həcmdə tutulur.
6
P - dövlət özəlləşdirmə paylarının sayı, 0,02-vurma əmsalı
7
Kə. (Konvertasiya əmsalı) - konvertasiya edilən qiymətli kağız növlərinin sayına bərabərdir
8

01.05.2007-ci il tarixində MDM-in prezidentinin əmri ilə Milli Depozit Mərkəzi tərəfindən göstərilən xidmətlərin preyskurantına dair əlavə təsdiq edilmişdir

 

 

 

Müqavilələrin nümunələri

Səhmdar Cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarlarının reyestrinin aparılması uzrə xidmətlərin göstərilməsi barədə

Nümunə

 

Qiymətli kağızların deponentləşdirilməsi məqsədi ilə "depo" hesabının acılması və aparılması haqqında

Nümunə

 

Daxili və çıxış sənədlərin nümunələri
- depozitar fəaliyyəti üzrə nümunələri:
- reyestrsaxlayıcı fəaliyyəti üzrə nümunələri:

- Forma No D1/E - Nümunə

- Forma No R1/E - Nümunə

- Forma No D1/H - Nümunə

- Forma No R1/F - Nümunə

- Forma No D1/F - Nümunə

- Forma No R1/H - Nümunə

- Forma No D1/VF - Nümunə

- Forma No R2/ÖS - Nümunə

- Forma No D1/VH - Nümunə

- Forma No R2/GÖS - Nümunə

- Forma No D2/ÖS - Nümunə

- Forma No R2/GS - Nümunə

- Forma No D2/GS - Nümunə

- Forma No R2/NS - Nümunə

- Forma No D2/GÖS - Nümunə

- Forma No R4/SR - Nümunə

- Forma No D3/HÇ - Nümunə

- Forma No R3/SS - Nümunə

- Forma No D3/QKS - Nümunə

- Forma No R3/RÇ - Nümunə