| 1 |
| 1 |
| 1 |
|
|
| |
|
MDM-in tarixi Depozit sisteminin təkmilləşdirilməsi və onun fəaliyyətinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli Fərmanları ilə "Milli Depozit Sistemi haqqında" və "Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları haqqında" Əsasnamələr təsdiq edilmişdir. "Milli Depozit Sistemi haqqında" Əsasnamə ilə MDM-in yaradılması nəzərdə tutulmuşdur. MDM 18 sentyabr 1997-ci il tarixində yaradılmışdır. MDM-in təsisçisi və bütün səhm zərfinin mülkiyyətçisi kimi Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi çıxış edirdi. QKDK yaradıldıqdan sonra MDM-in səhmləri QKDK-nın mülkiyyətinə verilmişdir. Bunun nəticəsi olaraq MDM QKDK tərəfindən 08 sentyabr 1999-cu ildə yenidən təsis olunmuş və 17 sentyabr 1999-cu ildə dövlət qeydiyyatına alınmişdır. MDM QKDK tərəfindən verilmiş depozitar və reyestrsaxlayıcı lisenziyalarına malikdir. Yuxarıda qeyd olunan Əsasnamələrə uyğun olaraq MDM - Milli Depozit Sisteminin tərkib hissəsi olaraq bilavasitə depozitar fəaliyyəti ilə məşğul olan və depozit sisteminə daxil olan depozitarların uçotunu aparan, onların fəaliyyətinə nəzarəti həyata keçirən dövlət təşkilatıdır.
MDM-in beynəlxalq
təşkilatlarla əlaqələri Belə ki, 2000-ci ildə MDM-in mütəxəssisləri Takasbank (Türkiyə) tərəfindən keçirilən seminarlarda iştirak etmişdir. MDM 2001-ci ildə Daşkənd şəhərində keçirilən və "Depozitar sisteminin inteqrasiyası - beynəlxalq qiymətli kağızlar bazarında effektiv qarşılıqlı əlaqələrin əsası kimi" mövzusunda olan Asiya və MDB ölkələrinin depozitarlarının I-ci Beynəlxalq seminarında təmsil olunmuşdur. 2002-ci ildə MDM və Özbəkistan "Vakt" Milli Depozitarı arasında müxbir münasibətlərin möhkəmləndirilməsi və inkişafı barədə memorandum imzalanmışdır. 2002-ci ildə MDM-in mütəxəssisləri Qırğızıstanda, Kazaxstanda və Koreya Respublikasında keçirilən beynəlxalq seminarlarda iştirak etmişdirlər. Milli Depozit Mərkəzi əməkdaşlığa niyyəti olan hər bir təşkilatla əlaqələrin yaranmasına maraqlıdır.
Rekvizitlər
Milli Depozit Mərkəzi Ünvan: Azərbaycan Respublikası, AZ1000, Bakı şəhəri, Bülbül prospekti 17, tel: 994-12-4935058, faks: 994-12-4983550 WebSite: www.mdm.az e-mail: info@mdm.az
|