DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN ÖZƏLLƏŞDİRİLMƏSİ ZAMANI YARADILMIŞSƏHMDAR CƏMİYYƏTLƏRİNİN VƏ İXTİSASLAŞDIRILMIŞ ÇEKİNVESTİSİYA FONDLARININ SƏHMDARLARININ REYESTRİNİN APARILMASIQAYDALARI HAQQINDA

ƏSASNAMƏ

(26.07.1999-cu il tarixli əlavə və dəyişikliklərlə)

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə dövlət müəssisələrinin özəlləşdirilmə zamanıyaradılmış açıq tipli səhmdar cəmiyyətlərinin səhmdarlarınınreyestrinin aparılması qaydalarını, reyestr saxlayıcısının vəsəhmlərin nominal saxlayıcısının vəzifələrini müəyyən edir.

1.2. Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri səhmdarcəmiyyətinin səhmləri ilə aparılan əqdlər haqqında yazılarınqeydiyyat sistemidir.

 

2. Səhmdarların reyestrinə qoyulan tələblər

 

2.1. Səhmdar cəmiyyətinin səhmdarlarının reyestrinə aşağıdakıməlumatlar daxil edilməlidir:

- səhmdar cəmiyyətinin rekvizitləri;

- səhmdar cəmiyyətinin nizamnamə kapitalının həcmi, buraxılışaelan olunmuş və tədavülə buraxılmış səhmlərin miqdarı, nominaldəyəri və növləri haqqında məlumat;

- səhmlərin bölünməsi və cəmlənməsi haqqında məlumat;

- hər bir qeydiyyatdan keçmiş şəxs haqqında onun səhmlərinmülkiyyətçisi və ya nominal saxlayıcısı olmasını, həmçinin adınayazılmış səhmlərin miqdarını, nominal dəyərini, növünü əks etdirənməlumatlar;

- səhmdar cəmiyyətinin öz hesabına satın aldığı səhmlərinmiqdarı, nominal dəyəri və növü haqqında məlumat;

- dividendlərin ödənilməsi haqqında məlumat;

- səhmlərlə əqdlərin baş tutmasını təsdiqləyən sənədlər(razılaşma depozitarın iştirakı olmadan aparıldıqda) haqqında,həmçinin səhmlərə mülkiyyət hüququnun əldə edilməsinin başqaəsasları və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdətutulmuş qaydada səhmlərin öhdəliklərlə yüklənməsi faktı haqqındaməlumat;

- səhmlərin nominal saxlayıcısı haqqında məlumat;

- depozitarlar haqqında məlumat.

2.2. Səhmdarların reyestri kağız daşıyıcılarında və elektronyazıları formasında aparıla bilər.

2.3. Səhmdarların reyestrinin aparılması sisteminəaşağıdakılar daxildir:

- xronoloci qaydada qeydiyyat curnalının aparılması

- qeydiyyata alınmış şəxslərin və girov saxlayıcıların şəxsihesablarının aparılması

- səhmlərin nağd buraxılışı formasında səhm sertifikatınınverilməsinin və onların ləğvinin qeydiyyatı curnalının aparılması

- səhmdarların reyestrinə yazıların aparılmasını əsaslandıransənədlərin uçot və saxlanması sisteminin (elektron daşıyılarındakıməlumatları daxil etməklə) aparılması

- qeydiyyata alınmış şəxslərdən və girov saxlayıcılarındanalınmış ərizələrin (sorğuların) uçotunun aparılması

- qeydiyyata alınmış şəxslərə informasiya verilməsi vəreyestrin məlumatları ilə tanış olmaq imkanının yaradılması.

2.4. Qeydiyyat curnalı səhmdar cəmiyyəti tərəfindən elanolunmuş sənədlərin hər bir növü üzrə aparılır.

Hər bir qeydiyyat curnalında aşağıdakılar göstərilir:

- səhmdar cəmiyyəti tərəfindən buraxılışa elan olunmuş hərnöv səhmlərin miqdarı və nominal dəyəri, emitent tərəfindənqiymətli kağızlar buraxılışının dövlət qeydiyyatı kodu (səhmdarcəmiyyətinin buraxılışa elan etdiyi səhmlərin miqdarıdəyişildikdə, qeydiyyat curnalında bu növ səhmlərin yeni yekunmiqdarı göstərilir);

- hər səhm növü üzrə dividendin elan olunma tarixi, dividendverilən səhmlərin sayı, bir səhmə ödənilən dividendin həcmi.

Səhmdar cəmiyyətləri təsis olunarkən səhmdarların reyestrinəcəmiyyətin təsis sənədlərində göstərilən bütün təsisçilər,səhmlərin miqdarı və növü haqqında məlumatlar daxil edilir.

Səhmlərin əlavə emissiyasında, emissiya prospektininqeydiyyata alındığı vaxtdan 5 (beş) gün müddətində, reyestrəmülkiyyətə alınmayan, əlavə emissiya olunan bütün səhmləri özündəəks etdirən şəxsi emissiya hesabının açılması haqqında yazılardaxil edilir.

2.5. Qeydiyyat curnalında xronoloci qaydada səhmlərin hər birəlavə emissiyası haqqında və hər bir ötürülməsi haqqında, ocümlədən, qeydiyyata alınmış şəxsin adına yazılmış öhdəliklərləyüklənməsi faktını özündə əks etdirən və ya səhmlərin sayınındəyişməsi ilə əlaqədar səhmlərin əlavə emissiyası və yazılar daxiledilir.

Qeydiyyat curnalına daxil edilən yazılar özündə aşağıdakıməlumatı əks etdirməlidir:

- yazının nömrəsi haqqında (nömrə yazının daxil edilməsitarixi üzrə ardıcıl verilir) məlumatı

- yazının daxil edilmə tarixi haqqında (yazının daxil edilmətarixi dedikdə reyestrə yazıların daxil edilməsi üçün əsas olansənədlərin reyestr saxlayan tərəfindən alınma tarixi nəzərdətutulur) məlumatı

- səhmlərlə aparılan əməliyyatların növü haqqında məlumatı

- səhmdarların reyestrinə qeydiyyata alınmış şəxs kimi daxiledilən şəxsin adı haqqında, onun səhmlərin mülkiyyətçisi və yanominal saxlayıcısı olması göstərilməklə, həmçinin onun şəxsihesabının nömrəsi haqqında məlumatı, o cümlədən:

a) emitent tərəfindən səhmlərin tədavülə buraxılmasına dairməlumatı

b) səhmdar cəmiyyəti yenidən təşkil olunduqda səhmlərindəyişilməsinə dair məlumatı

v) səhmlərin girov qoyulduğu hallarda girov saxlayanın adı vəşəxsi hesabının nömrəsi haqqında məlumatı

q) qeydiyyata alınmış şəxsin adına yazılmış səhmlərinmiqdarının, növünün dəyişməsi və öhdəliklərlə yüklənməsi haqqındaməlumatı.

Reyestr saxlayan qeydiyyata alınmış şəxs haqqında məlumatı o,qeydiyyatdan çıxdıqdan sonra 3 (üç) il müddətində saxlamağa borcludur.

2.6. Səhmdarların reyestrini saxlayan qeydiyyata alınmış hərbir şəxsə qeydiyyat curnalında lazımi yazılar aparmaqla şəxsihesab açır.

Şəxsi hesab aşağıdakı məlumatları əks etdirməlidir:

- şəxsi hesabın nömrəsini;

- qeydiyyatdan keçmiş şəxs haqqında (onun səhmlərinmülkiyyətçisi və ya nominal saxlayıcı olmasını qeyd etməklə);

a) fiziki şəxslər üçün - adı, atasının adı, soyadı,şəxsiyyətini təsdiq edən sənədin məlumatları, ünvanı və vəkiledilmiş şəxs haqqında (əgər o, təyin olunarsa) məlumatı

b) hüquqi şəxslər üçün - hüquqi şəxsin tam rəsmi adı, vəkilolunmuş nümayəndəsi və qeydiyyat aparan orqanın adı, qeydiyyatınnömrəsi və tarixi, hüquqi ünvanı haqqında məlumatı

v) səhmə mülkiyyət hüququ iki və ya daha artıq şəxsə məxsusolarsa, onda azı iki şəxsin adı, atasının adı, soyadı və bütünmülkiyyətçilər adından çıxış edən vəkil edilmiş şəxs haqqındaməlumatı

q) qeydiyyata alınmış şəxslərə lazımi informasiyanınverilməsinə, dividendlərin və digər ödəmələrin köçürülməsinə imkanyaradan məlumatları

- hesablanmış və ödənilmiş dividendlərin miqdarı haqqındaməlumatı

- qeydiyyata alınmış şəxsin adına yazılmış səhmlərin miqdarıvə növü, o cümlədən qeydiyyat curnalında aparılan uyğun yazılarınnömrəsini göstərmək şərti ilə səhmlərin miqdarının və növünündəyişməsi haqqında məlumatı

- qeydiyyat curnalında girovun predmeti olan səhmlərinmiqdarının dəyişməsini, girovun yaranması və ona xitam verilməsiilə bağlı yazıların nömrəsini, girov saxlayanın şəxsi hesabınınnömrəsini qeyd etməklə, səhmlərin öhdəliklərlə yüklənməsi haqqındaməlumatı

- səhm sertifikatları və onların verildiyi təqdirdə nömrələrihaqqında məlumatı.

Bir şəxs eyni zamanda həm səhmdar cəmiyyətin səhmlərininmülkiyyətçisi, həm də səhmlərin nominal saxlayıcısıdırsa,səhmdarların reyestrində bu şəxs üçün səhmlərin mülkiyyətçisi kimibir şəxsi hesab və səhmlərin nominal saxlayıcısı kimi isə ayrılıqda digər şəxsi hesab açılır.

2.7. Səhmdarların reyestr saxlayanı tərəfindən qeydiyyataalınmış girov saxlayana açılan şəxsi hesab özündə qeydiyyatcurnalında uyğun yazının nömrəsini göstərməklə qeydiyyata alınmışgirovun yaranmasını və ləğvini, qeydiyyata alınmış girovunpredmeti olan səhmlərin miqdarının dəyişməsini, həmçininqeydiyyata alınmış girov saxlayan haqqında məlumatı əks etdirir;

qeydiyyata alınmış girov saxlayan bir nəfərdən artıq olarsa, ondaşəxsi hesab özündə bütün girov saxlayanlar və ya girovsaxlayanların vəkil edilmiş nümayəndəsi haqqında məlumatı əksetdirməlidir.

Qeydiyyata alınmış girova xitam verildikdə, səhmdarlarınreyestrində girov saxlayan haqqında məlumatlar girovun ləğvedilməsi günündən üç il müddətindən az olmayaraq saxlanmalıdır.

2.8. Səhmlər əlavə emissiya olunduqda, səhmdarların reyestrsaxlayanı tərəfindən mülkiyyətə verilməmiş səhmlərin miqdarı əksolunan şəxsi hesab açılır. Göstərilən səhmlər satılana qədəronların səs hüququ olmur və onlara dividendlər hesablanmır.

2.9. Səhm sertifikatının təqdim olunması və ləğvi curnalısəhmlərin sertifikat verilən hər bir növü üzrə ayrıca aparılmalıvə özündə aşağıdakıları əks etdirməlidir:

- sertifikatın nömrəsini (hər bir sertifikat üçün ayrılıqdagöstərilməlidir);

- sertifikatla təsdiq olunan səhmlərin miqdarını

- səhmlərin sertifikatı verilən, qeydiyyatdan keçmiş şəxsinadını

- sertifikatın təqdim olunduğu və ya etibarsız sayıldığıtarixi;

- sertifikatın silinməsi tarixini;

- səhm sertifikatının itirilməsi (oğurlanması, məhv olması vəs.) və ya yararsız vəziyyətə düşməsi, həmçinin onun əvəzinə yenisertifikat verilməsi haqqında məlumatın daxil olmasını.

2.10. Səhmdarların reyestrinin aparılma sistemi reyestrsaxlayana daxil olan və reyestrə yazıların daxil edilməsinə əsasolan sənədlərin qeydiyyatını, uçotunu və saxlanmasını təminetməlidir.

2.11. Qeydiyyata alınmış şəxslərin və ya qeydiyyata alınmışgirov saxlayanın ərizələri (sorğuları) haqqında və hər bir ərizə(sorğu) üzrə görülən tədbirlər barəsində informasiya səhmdarlarınreyestr saxlayanı tərəfindən ərizə (sorğu) daxil olduğu gündən 3(üç) il müddətində saxlanılmalıdır.

2.12. Səhmdarların reyestr saxlayanı tərəfindən daxil olan hərbir sənədin daxilolma tarixi və vaxtı haqqında qeydləraparılmalıdır.

 

3. Səhmdarların reyestrində yazıları təsdiqləyən sənədlər

 

3.1. Səhmdarların reyestr saxlayanı tərəfindən səhmdarlarınreyestrindən verilən çıxarış sənəd kimi qiymətli kağız olmayıb,reyestrdəki yazıları təsdiqləyir və onun üzərində yalnızreyestrdən çıxarış olduğu və onun digər sənəd olmadığı qeydedilməlidir.

3.2. Səhmdarların reyestrindən çıxarış bir sənəd kimiqeydiyyata alınmış şəxsin adına yazılmış səhmdar haqqındasəhmdarların reyestrində yazıları təsdiqləyir və aşağıdakılarıözündə əks etdirir:

- qeydiyyata alınmış şəxsin adını, atasının adını, soyadını

- qeydiyyata alınmış şəxsin adına yazılmış səhmlər haqqındayazıları təsdiqləyən çıxarışın tarixini;

- səhmdar cəmiyyətinin tam adını, qeydiyyat aparan orqanınadını, qeydiyyatın nömrəsini və tarixini, cəmiyyətin hüquqiünvanını

qeydiyyata alınmış şəxsin adını reyestrdə yazılmış səhmlərinmiqdarını və növünü (kateqoriyasını), səhmlərin nominal dəyərinivə dividendin həcmini (imtiyazlı səhmlər üçün);

- səhmlərin başqasına verilməsi, onların miqdarını və növünü(kateqoriyasını);

- reyestr saxlayanın tam rəsmi adını və hüquqi ünvanını

- dividendin verilməsi həvalə olunan bankın və ya agentin tamrəsmi adını (onlar olduqda);

- səhmdarların reyestrində olan səhmlərin girov öhdəlikləriilə yüklənməsini və onların ləğv edilməsini, həmçinin qeydiyyataalınmış girov haqqında digər məhdudiyyətləri.

3.3. Səhmdarların reyestrindən çıxarış qeydiyyata alınmışgirovun olması faktını təsdiqləyən sənəd kimi özündə aşağıdakılarıəks etdirməlidir;

- girov saxlayanın adını, atasının adını, soyadını

- adına girovun predmeti olan səhmlər yazılmış şəxsin adını,atasının adını, soyadını

- səhmdarların reyestrindən çıxarışın qeydiyyata alınmışgirovun olmasını təsdiqlədiyi tarixi;

- səhmdar cəmiyyətinin tam rəsmi adını, qeydiyyat aparanorqanın adını, qeydiyyatın tarixini və nömrəsini, həmçinin səhmdarcəmiyyətin hüquqi ünvanını

- səhmlərin növünə (kateqoriyasına) dair məlumatları

- səhmdarların reyestrinin məlumatlarına əsasən qeydiyyataalınmış girovda olan səhmlərin miqdarını

- reyestr saxlayanın tam rəsmi adını və hüquqi ünvanını.

Qeydiyyata alınmış girov saxlayanın qeydiyyata alınmış girovunpredmeti olan səhmlərə görə çıxarış almaq hüququ var.

3.4. Səhmdarların reyestrindən çıxarış qeydiyyata alınmışgirova xitam verilməsi haqqında yazıları təsdiq edən sənəd kimi buƏsasnamənin 3.3 - cü bəndində nəzərdə tutulmuş məlumatlara əlavəolaraq aşağıdakıları özündə əks etdirməlidir;

- qeydiyyata alınmış girova xitam verilməsi haqqında yazılarınsəhmdarların reyestrinə daxil edildiyi tarixi haqqında məlumatı

- girovun predmeti olan hər bir səhm növü (kateqoriyası) üçünqeydiyyata alınmış girovun xitam verilməsi haqqında yazılarındaxil edildiyi reyestrdə səhmlərin miqdarı haqqında məlumatı.

3.5. Səhmlərin tədavülə buraxılması blank formasında olarsa,hər bir qeydiyyata alınmış şəxsin adına onun səhmlərə hüququnutəsdiqləyən səhm sertifikatı verilir. Bir səhmə görə tədavülə birsertifikatdan artıq sertifikat buraxıla bilməz.

3.6. Səhmlərin başqasına verildiyi hallarda, verilən səhmlərinmiqdarı səhm sertifikatının təsdiqlədiyi səhmlərin miqdarından azolduqda, səhmdarların reyestr saxlayanı tərəfindən səhmlərinsertifikatı ləğv olunur, səhmləri alana, aldığı səhmlərinmiqdarını təsdiqləyən səhm sertifikatı və səhmləri verənə qalansəhmlərin miqdarını təsdiqləyən səhm sertifikatı verilir.

3.7. Əgər qeydiyyata alınmış şəxs tərəfindən səhmsertifikatının itirilməsi və ya yararsız vəziyyətə düşməsihaqqında ərizə daxil olarsa, ona səhmdarların reyestr saxlayanı tərəfindən yeni sertifikat verilir.

3.8. Səhmdar cəmiyyəti yenidən təşkil olunarkən, səhmlərinbölündüyü, birləşdirildiyi və ya dəyişdirildiyi hallarda tədavüldəolan səhm sertifikatları reyestr saxlayana səhmlərə hüquqlarınkeçməsi ilə əlaqədar qaytarılmayana qədər yeni səhmlərədəyişdirilmir. Səhmdar cəmiyyəti yenidən təşkil olunarkənsəhmlərin yeni sertifikatı özündə səhmlərin bölünməsi, birləşməsivə ya dəyişdirilməsi nəticəsində yaranan dəyişikliklərlə bağlıməlumatları, zərurət olduqda isə cəmiyyətin yeni rəsmi adını,səhmlərin miqdarını, növünü (kateqoriyası) nominal dəyəri də daxilolmaqla, əks etdirməlidir.

3.9. Girovda olan və ya digər öhdəliklərlə yüklənən, yaxud dabaşqasına verilmə hüququ məhdudlaşdırılan səhmlərə verilənsertifikatlarda bu haqda məlumatlar öz əksini tapmalıdır.

 

4. Səhmdarların reyestrinin aparılma qaydaları

 

4.1. Səhmdar cəmiyyəti, səhmdarların reyestrinin aparılmasını,dövlət qeydiyyatına alındıqdan sonra 1 (bir) aydan gec olmayaraqtəmin etməlidir.

Açıq tipli səhmdar cəmiyyəti təsis olunduqda, səhmdarlarınreyestr saxlayanı, reyestrə mövcud qanunvericilikdə nəzərdətutulan, habelə bu Əsasnamədə, cəmiyyətin təsis sənədlərində vəsəhmlərin ödənilməsini təsdiqləyən başqa sənədlərdə olanməlumatları daxil etməlidir.

4.2. Özəlləşdirmə prosesində açıq tipli səhmdar cəmiyyətitəsis olunduqda, səhmdarların reyestr saxlayanı reyestrəözəlləşdirmə planını təsdiq edən təsisçi barəsində (AzərbaycanRespublikasının Dövlət Əmlak Komitəsi) haqqında Nizamnamədə olanməlumatları, səhmlərə hüquqları əldə edən şəxslər haqqında,habelə özəlləşdirmə haqqında qanunvericiliklə nəzərdə tutulmuşdigər sənədlərdə olan məlumatları daxil edir.

4.3. Səhmdar cəmiyyəti yenidən təşkil edildikdə səhmlərinəlavə emissiyası, dəyişməsi haqqında informasiya ən geci 5 (beş)gün müddətində reyestr saxlayan tərəfindən səhmdarların reyestrinədaxil edilir.

4.4. Səhmlər satın alındıqda, silindikdə və ya ləğv edildikdəreyestr saxlayan səhmdarların reyestrinə aşağıda göstərilənsənədlərdə olan məlumatları daxil etməlidir:

- səhmlərin miqdarının azalması ilə nəticələnən səhmdarcəmiyyətinin təsis sənədlərinə edilmiş dəyişikliklər barəsindəsənədlərdə;

- səhmlərin satılması, silinməsi və ləğv olunması haqqındaqərar qəbul etmiş səhmdarların ümumi yığıncağının protokolunda;

- satılmış səhmlərin ödənilməsini təsdiqləyən sənədlərdə.Qeydiyyata alınmış şəxsə münasibətdə, onun adına yazılmışsəhmlər satın alındıqda, səhmdarların reyestr saxlayanı aşağıdagöstərilən iki tarixdən sonra ən geci 5 (beş) gün müddətindəsəhmlərin satınalınma faktını daxil etməlidir:

a) səhmlərin sertifikatının reyestr saxlayana qaytarılmatarixindən sonra (əgər bu səhmlərə münasibətdə sertifikatverilmişdirsə);

b) səhmdar cəmiyyəti tərəfindən səhmlərin ödənilməsitarixindən sonra.

Səhmlərin satınalınması, silinməsi və ləğvi haqqında yazılarsəhmdarların reyestrinə səhmlərin satınalınması və ya ləğvitarixindən ən geci 5 (beş) gün müddətində daxil edilir.

4.5. Səhmdarların ümumi yığıncağının protokolu əsasındasəhmlərin bölünməsi və ya birləşməsi hallarında səhmdarlarınreyestr saxlayanı hər bir qeydiyyata alınmış şəxsin adına yazılmışsəhmlərin miqdarının dəyişməsini əks etdirən yazıları reyestrədaxil etməlidir.

Səhmdarların reyestr saxlayanı səhmdarların reyestrinəsəhmlərin bölünməsi və birləşməsi ilə əlaqədar dəyişiklikləri əksetdirən yazıları bu dəyişikliklərin edildiyi vaxtdan sonra ən geci10 (on) gün müddətində daxil edir.

4.6. Səhmdarların reyestr saxlayanı qeydiyyata alınmış şəxsdənötürücü (və ya girov) sərəncamını aldığı gündən ən geci 3 (üç) günmüddətində aşağıdakıları yerinə yetirməyə borcludur;

- səhmlərin ötürülməsi haqqında yazıları qeydiyyat curnalınadaxil etməli və ötürücü sərəncamda göstərilən səhmləri alana,qeydiyyata alınmış şəxsin adına şəxsi hesab açmalı

- qeydiyyata alınmış şəxsin, şəxsi hesabında və qeydiyyatcurnalında səhmlərin girov öhdəlikləri ilə yüklənməsinin yaranmasıvə xitam verilməsi faktları haqqında lazımi yazıları daxil etməli.

4.6.1. Ötürücü sərəncam aşağıdakı məlumatları özündə əksetdirməlidir:

- səhmlərin ötürücüsünün, onun səhmlərin mülkiyyətçisi və yanominal saxlayıcısı olmasını göstərməklə adını, atasının adını,soyadını

- səhmdar cəmiyyətin tam rəsmi adını

- ötürülən səhmlərin miqdarını

- səhmlərin növünü (kateqoriyasını);

- adına səhmlər yazılmalı olan şəxsə münasibətdə qeydiyyataalınmış şəxs üçün bu Əsasnamənin 2.6 - cı bəndində nəzərdə tutulanməlumatları

- depozitarlar tərəfindən əqdlər qeydə alındıqda qeydiyyatıaparan depozitarın tam rəsmi adını, qeydiyyat tarixini vənömrəsini, hüquqi ünvanını, qiymətli kağızlar üzrə əməliyyatlarınaparılmasına hüquq verən lisenziyaların alınma tarixini vənömrəsini, əqdin qeydiyyat tarixini və nömrəsini.

4.6.2. Ötürücü sərəncam səhmlərin ötürülməsini aparanqeydiyyata alınmış şəxs tərəfindən və ya onun vəkil edilmişnümayəndəsi tərəfindən, həmçinin səhmlər verilən şəxs və ya onunvəkil olunmuş nümayəndəsi tərəfindən imzalana bilər.

Qeydiyyata alınmış girovun predmeti olan səhmlərin ötürülməsihallarında, ötürücü sərəncam qeydiyyata alınmış girov saxlayan vəya onun vəkil olunmuş nümayəndəsi tərəfindən imzalanmalıdır.

4.6.3. Ötürücü sərəncam reyestr saxlayana səhmlər adınayazılmalı olan şəxs və ya onun vəkil edilmiş nümayəndəsitərəfindən təqdim edilə bilər.

4.6.4. Ötürücü sərəncamda adına səhmlər yazılacaq şəxshaqqında dividendin alınması üsulunu özündə əks etdirən əlavəməlumatlar (o cümlədən bankdakı hesablarının məlumatları)göstərilə bilər.

4.7. Səhmlərin ötürülməsi əqdləri depozitar tərəfindənqeydiyyata alınmadan həyata keçirildikdə ötürücü sərəncamasəhmdarların reyestrinə, yazıların daxil edilməsinə əsas olan vəsəhmlərlə əqdləri təsdiqləyən sənədlər əlavə olunur.

4.8. Tədavüldə ötürülməli səhmlərə hüququ təsdiqləyən bir vəya bir neçə səhm sertifikatları vardırsa, onda ötürücü sərəncamasəhm sertifikatı (sertifikatları) əlavə olunmalıdır.

4.9. Qeydiyyata alınmış girovun predmeti olan səhmlərötürüldükdə ötürücü sərəncamda, səhmlərin ötürülməsinin qeydiyyataalınmış girov saxlayanın hüquqlarının istifadəsi ilə bağlıolubolmadığını əks etdirən məlumatlar olmalıdır.

4.10. Səhmdarların reyestr saxlayanı səhmdarların reyestrinə,qeydiyyata alınmış girovun yaranması və ləğv olunması faktlarınıvə ya girovun predmeti olan səhmlərin miqdarının dəyişməsini və yada səhmlərin digər öhdəliklərlə yüklənməsi faktlarını girovsərəncamı alınan vaxtdan ən geci 3 (üç) gün müddətində daxil edir.

4.10.1. Girov sərəncamı adına səhmlər yazılmış qeydiyyataalınmış şəxs və ya onun müvəkkil nümayəndəsi tərəfindənimzalanmalıdır. Girovun predmeti olan səhmlərin miqdarınınazalması hallarında girov sərəncamı bu səhmlərə münasibətdəqeydiyyata alınmış girov saxlayan və ya onun müvəkkil nümayəndəsitərəfindən imzalanır.

4.10.2. Qeydiyyata alınmış girov saxlayana və öhdəliklərləyüklənmiş səhmlərə münasibətdə girov sərəncamına bu Əsasnamənin4.6.1 - ci bəndində nəzərdə tutulan məlumatlar daxil edilməlidir.

4.10.3. Tədavüldə öhdəliklərlə yüklənmiş bir və ya bir neçəsəhm sertifikatları olduqda girov sərəncamına səhmlərinsertifikatları (sertifikatları) əlavə olunur.

4.11. Alınmış sərəncam əsasında səhmdarların reyestrinəyazıların aparılmasından imtina olunduqda, reyestr saxlayan,sərəncamın alındığı vaxtdan ən geci 5 (beş) gün müddətindəsərəncam verən şəxsə imtinanın əsaslandırılmış səbəbinigöstərməklə bildiriş göndərməlidir.

 

5. Səhmdarların reyestr saxlayanının vəzifələri

 

5.1. Səhmdarların reyestr saxlayanı öz fəaliyyətini AzərbaycanRespublikası qanunvericiliyinə və bu Əsasnamənin müddəalarınamüvafiq olaraq həyata keçirir.

5.2. Aşağıdakılar reyestr saxlayan kimi çıxış edə bilməz:

- fiziki şəxslər, o cümlədən sahibkarlıq fəaliyyətini həyatakeçirən şəxslər;

- emitentin öz səhmlərinin nominal saxlayıcıları

- səhmdar cəmiyyətinin öz səhmdarları və ya onun səhmlərinənəzarət edən hüquqi şəxslər.

5.3. Reyestr saxlayanın və emitentin hüquq və vəzifələri onlararasında bağlanmış müqavilə ilə müəyyən olunur.

Səhmdarların reyestrinin aparılması və saxlanması müqaviləsisəhmdar cəmiyyəti tərəfindən yalnız bir hüquqi şəxslə bağlanır.

Müqavilə bağlandıqda emitent reyestr saxlayana reyestrinaparılması üçün vacib olan buraxılışa elan olunmuş və tədavüləburaxılmış səhmlər haqqında, səhmdar cəmiyyətinə təsissənədlərində olan dəyişikliklər haqqında məlumatları,səhmdarların iclasının protokolunu, səhmlərin ödənilməsinitəsdiqləyən sənədləri və səhmdarların reyestrinə yazıların daxiledilməsinə əsas olan digər sənədləri təqdim etməlidir.

Reyestr saxlayan ilə müqavilə bağlayan səhmdar cəmiyyətisəhmdarların reyestrinin saxlanmasına və aparılmasınacavabdehlikdən azad olmur.

5.4. Reyestr saxlayan bu Əsasnamədə nəzərdə tutulmuş vaxtdareyestrə yazıların aparılmasına, reyestrə yazılar daxil edilərkənburaxdığı səhvlərə və səbəbsiz olaraq yazıların aparılmasındanimtina edilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydadacavabdehdir, həmçinin bu səbəbdən dəyən zərəri qanunvericilikləmüəyyən edilmiş qaydada ödəməlidir.

5.5. Buraxılışa elan olunmuş səhmlərin miqdarından artıq səhmtədavülə buraxılarsa, emitent artıq səhmlərin tədavüləçıxarılmasını və silinməsini təmin etməlidir.

5.6. Qeydiyyat curnalı və şəxsi hesabın elektrondaşıyıcılarında, həmçinin kağız daşıyıcılarında olan məlumatlaritirildikdə, səhmdarların reyestr saxlayanı aşağıdakıları etməyəborcludur:

- 1 (bir) gün müddətində yazılı şəkildə AzərbaycanRespublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sənədlərin itirilməsihaqqında məlumat verməyə;

- itirilmiş məlumatların bərpası məqsədi ilə əlaqədar şəxslərtərəfindən sənədlərin təqdim edilməsi və investisiyatəsisatlarının iştirakı olmadan həyata keçirilən əqdlərin yenidənqeydiyyatını aparmaq üçün kütləvi informasiya vasitələrindəməlumat dərc etdirməyə;

- səhmdarların reyestrində yazıların aparılmasınıdayandırmadan 10 (on) gün müddətində itirilmiş məlumatlarıyenidən bərpa etməyə.

Əqdlər investisiya təsisatlarının iştirakı ilə keçirilərsə,investisiya təsisatı qeydiyyat aparana səhmdarların reyestrininməlumatlarının bərpası üçün lazımi sənədləri təqdim etməlidir.

5.7. Reyestr saxlayanın səhmdarların reyestrinin aparılması vəsaxlanmasına dair müqavilə əsasında əlindəki hüquq vəsəlahiyyətləri başqa şəxsə vermək hüququ yoxdur.

5.8. Səhmdarların reyestr saxlayanı:

- emitentlərin vəkil olunmuş şəxslərinin və qeydiyyata alınmışşəxslərin bütün iş günü ərzində səhmdarların reyestrininməlumatları ilə tanış olmasını təmin etməlidir;

- emitentə qeydiyyata alınmış şəxslərin siyahısını və ildə birdəfədən az olmayaraq qeydiyyata alınmış şəxslərin tam siyahısınıtəqdim etməlidir (reyestr bağlandığı tarixə);

- ayda bir dəfə tədavülə buraxılmış səhmlərin və ötürülməsiqeydiyyata alınmış şəxs tərəfindən aparılan səhm növlərinin(kateqoriyalarının) miqdarını tutuşdurmalıdır.

5.9. Emitentin sərəncamı Azərbaycan Respublikasınınqanunvericiliyinin müddəalarına, bu Əsasnamə və ya emitentintəsis sənədlərinə zidd olduqda səhmdarların reyestr saxlayanı onuicra etməməlidir.

5.10. Səhmdarların reyestrinin aparılmasını və saxlanmasınıhəyata keçirən hüquqi şəxs reyestrdə qeydiyyata alınmış şəxslərinadına yazılmış səhmlərlə əqdlər apara bilməz.

 

6. Səhmlərin nominal saxlayıcısının vəzifələri

 

6.1. Səhmlərin nominal saxlayıcısı - başqa şəxsin tapşırığı(səhmlərin mülkiyyətçisi və ya digər nominal saxlayıcısı) ilə özadından səhmləri saxlayan, lakin həmin səhmlərin mülkiyyətçisiolmayan şəxsdir.

6.2. Nominal saxlayıcının səhmlərə hüquqları səhmlərinmülkiyyətçisi və ya digər nominal saxlayıcısı ilə bağlanmışmüqaviləyə əsasən yaranır.

6.3. Qeydiyyata alınmış şəxs kimi səhmlərin nominalsaxlayıcısı haqqında məlumat səhmdarların reyestrinə reyestrsaxlayan tərəfindən daxil edilməlidir.

6.4. Nominal saxlayıcısı olan şəxs aşağıdakıları həyatakeçirməyə borcludur:

- səhmlərini saxladığı şəxsə veriləsi bütün ödənişlərinalınması üçün lazımi hərəkətləri aparmağa;

- ancaq səhmlərini saxladığı şəxsin tapşırığına və onunlabağlanmış müqaviləyə uyğun olaraq əqdləri və əməliyyatları həyata keçirməyə;

- başqa şəxsin tapşırığı ilə ayrı-ayrı hesablarda saxladığısəhmlərin uçotunu aparmaq, səhmlərini saxladığı şəxsin tələbləriniödəmək üçün ayrı-ayrı hesablarda lazımi miqdarda səhmlərinsaxlanmasını təmin etməyə.

6.5. Nominal saxlayıcı səhmlərini saxladığı şəxsin tələblərinəəsasən onun səhmlərə hüququnun həyata keçirilməsini təminetməlidir.

6.6. Nominal saxlayıcı ildə bir dəfədən az olmayaraq səhmlərinmiqdarını və növlərini (kateqoriyalarını) göstərməklə, səhmlərinisaxladığı şəxs barəsində məlumatları, səhmdarların reyestrsaxlayanına təqdim etməlidir.

6.7. Nominal saxlayıcı, səhmlərini saxladığı şəxsin tələbiilə, səhmdarların reyestrində, nominal saxlayıcının adına yazılmışmüəyyən növ (kateqoriya) və miqdarda səhmlərin həmin şəxsin adınakeçirilməsi ilə bağlı yazıların reyestrə daxil edilməsi haqqındasənədi reyestr saxlayana göndərməyə borcludur.

6.8. Nominal saxlayıcının öz müştərilərinin tapşırığı əsasındasaxladığı səhmlər onun kreditorlarının xeyrinə alına bilməz.

 

 

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

Bakı, 14 may 1997-ci il