"Təsdiq edilmişdir"
Azərbaycan Respublikasının
Prezidenti yanında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi
"03" yanvar 2000-ci il
Sədr ____________H.Babayev
"Bütün növ qiymətli kağızlarla girovun və qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun dövlət qeydiyyatına alınması"
Qaydalarından Çıxarış
(27.12.2002-ci il tarixli əlavə və dəyişikliklərlə)
2.2-"Ərizəçi depozitarda və ya reyestr aparan təşkilatda qiymətli kağızlar üzrə girov öhdəliyi faktının qeydə alınması məqsədilə onlara təqdim etdiyi yazılı tapşırığın (sərəncamın) surətini QKDK-ya təqdim edir.".
4.3-"QKDK girovun dövlət qeydiyyatına alınması barədə sənədin surətini depozitara və ya reyestr aparan təşkilata təqdim edir.".