Qiymətli kağızların deponentləşdirilməsi məqsədi ilə "depo" hesabının açılması və aparılması haqqında

 

MÜQAVİLƏ No_________

 

 

Bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən Qapalı Tipli Səhmdar Cəmiyyəti Milli Depozit Mərkəzi (bundan sonra "MDM" adlandırılacaq) _______________________ şəxsində və digər tərəfdən bundan sonra "Deponent"" adlandırılacaq ___________________________ (bundan sonra MDM və Deponent birlikdə "Tərəflər" adlandırılacaq) aşağıdakılar haqqında razılığa gəldilər.

 

1. Müqavilənin məzmunu

1.1. Deponent tapşırıq verir, MDM isə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, "Milli Depozit Sistemi haqqında" Əsasnaməyə, "Dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədavülünün tənzimlənməsi" Qaydalarına, Milli Depozit Mərkəzinin Nizamnaməsinə uyğun olaraq deponentin qiymətli kağızların deponentləşdirilməsi (nağd formada mərkəzləşdirilmiş məsul saxlanılması) və onların nağdsız dövriyyəsinin təmin edilməsi məqsədi ilə "depo" hesabını açır və aparır.

1.2. Qiymətli kağızların sayı: __________________ ədəd.

1.3. Qiymətli kağızların deponentləşdirmə forması: _____________________.

 

2. Tərəflərin hüquq və vəzifələri

2.1. MDM-in hüquqları:

2.1.1. MDM-in uçot qaydalarına əsaslanaraq bu Müqavilədə nəzərdə tutulmuş xidmətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirmək.

2.1.2. Deponent MDM-in xidmətləri üzrə ödəniş vaxtını ötürdükdə, bu Müqavilə üzrə nəzərdə tutulan xidmətləri dayandırmaq.

2.1.3. Deponentləşdirilən qiymətli kağızların məsul saxlanması və onlarla əməliyyatların həyata keçirilməsinə görə ödənişlərin məbləğini müəyyən etmək.

2.2. MDM-in vəzifələri:

2.2.1. Qiymətli kağızların deponentləşdirilməsi məqsədi ilə deponentə "depo" hesabı açmaq.

2.2.2. Deponentin tapşırığı əsasında deponentləşdirilmiş qiymətli kağızlar ilə əməliyyatları həyata keçirmək.

2.2.3. Deponentin hesabında dəyişikliklərin edilməsi üçün əsas olan bütün sənədlərin toplanmasını, mühafizəsini və saxlanmasını təmin etmək.

2.2.4. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq deponentin "depo" hesabını aparmaq və deponentə Müqavilə ilə nəzərdə tutulmuş haqqdan artıq əlavə haqq ödənilmədən aşağıdakı xidmətləri göstərmək:

- Deponentin qeydiyyatı və onun qiymətli kağızlarının uçota alınması;

- Əlavə qiymətli kağızların deponentləşdirildikdə hesabda müvafiq dəyişikliyin aparılması;

- Deponentləşdirmə haqqında şəhadətnamələrın qeyri-məhdud sayda təqdim edilməsi;

- Deponentləşdirmə haqqında şəhadətnamələrın verilməsinin, silinməsinin və itirilməsinin uçotunun aparılması.

Deponentə, əlavə haqq müqabilində Milli Depozit Mərkəzinin xidmətlərinin Preyskurantına əsasən aşağıdakı xidmətləri göstərmək:

- Qiymətli kağızlar ilə alqı-satqı əməliyyatlarının qeydiyyatının aparılması;

- Yeni "depo" hesablarının açılması.

2.2.5. Qiymətli kağızların maddi formada təhvil-təslim aktındakı siyahıda göstərilən ardıcıllıqla digər Deponentlərin qiymətli kağızlarından ayrı saxlamaq.

2.2.6. Qiymətli kağızların xəzinədə saxlanılması şəraiti ilə tanış olması üçün Deponentə imkan yaratmaq.

2.2.7. Deponentin "depo" hesabının vəziyyəti haqqında məlumatların qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla məxfiliyini təmin etmək.

2.3. Deponentin hüquqları:

2.3.1. "Depo" hesabının aparılması sistemində öz hesabına dair məlumatı MDM-dən almaq.

2.3.2. Müqavilə üzrə xidmət haqqı öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra Müqaviləyə istənilən zaman xitam vermək.

2.3.3. Hər hansı sayda qiymətli kağızı nağd formada hesabdan çıxarmaq.

2.3.4. Özəlləşdirmə çeklərinin xəzinədə saxlanılması şəraiti ilə tanış olmaq.

2.4. Deponentin vəzifələri:

2.4.1. MDM-in xidmətlərinə görə haqqı bu Müqavilənin 3-cü bölməsində müvafiq məbləğdə və müddətdə ödəmək.

2.4.2. Müqavilə imzalanan zaman aşağıdakı sənədləri MDM-ə təqdim etmək:

- Müqaviləni imzalayan şəxsin anketi (Forma No D1/F);

- Deponentin şəxsiyyətini təsdiq edən sənəd.

 

3. Xidmətlərin dəyəri və hesablaşma qaydası

3.1. Bu müqaviləyə uyğun olaraq xidmətlərin yerinə yetirilməsinə görə Deponent MDM-ə preyskurantla nəzərdə tutulmuş xidmət haqqı ödəyir. Ödəniş xarici valyuta ilə həyata keçirildikdə ödəniş günü milli valyutanın Milli Bank tərəfindən müəyyən olunan rəsmi məzənnəsi əsas götürülür.

 

4. Tərəflərin məsuliyyəti

4.1. Tərəflər bu Müqavilənin öhdəliklərinin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyəti daşıyırlar;

4.2. MDM Deponent qarşısında, onun verdiyi tapşırıq və məlumatların "depo" hesabında tam əks olunmasına görə məsuliyyəti öz üzərinə götürür.

4.3. Ödəniş müddətinin pozulmasına görə Deponent MDM-ə hər gecikmə günü üçün ödənilməli məbləğin 1%-i həcmində (10%-dən artıq olmamaq şərti ilə) cərimə ödəyir.

4.4. Bu müqavilənin fəaliyyəti müddətində qüvvədə olan qanunvericilikdə öhdəliklərin yerinə yetirilməsini qeyri mümkün edən dəyişikliklər baş verərsə, Tərəflər öz öhdəliklərinə görə məsuliyyət daşımırlar.

4.5 Tərəflər bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı meydana çıxmış mübahisələrin danışıqlar yolu ilə həll olunması üçün tədbirlər görürlər. Mübahisələr danışıqlar yolu ilə tənzimlənə bilmədikdə, onların həlli Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə yolu ilə həyata keçirilir.

4.6. Bu Müqavilə imzalandıqdan sonra, qarşısı alınmaz qüvvələr tərəfindən törədilən və ya Tərəflərin əvvəlcədən görə bilmədiyi və məntiqə uyğun tədbirlərlə qarşısını ala bilmədiyi fövqəladə hadisələr nəticəsində bu Müqavilə üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsinə görə, Tərəflər məsuliyyət daşımırlar.

 

5. Müqavilənin dəyişdirilməsi və ləğv olunması

5.1. Bu Müqavilə üzrə xidmətlərin və digər öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar dəyişiklikləri və əlavələri Tərəflər əlavə razılaşma ilə həyata keçirirlər.

5.2. Bu müqavilənin fəaliyyətinə Tərəflərdən birinin tələbi ilə və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda xitam verilə bilər.

 

6. Müqavilənin fəaliyyət müddəti

6.1. Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və müddətsizdir.

 

7. Əlavə şərtlər

7.1. Müqavilə üzrə Tərəflər bir-birinin mənafeyi naminə fəaliyyət göstərməyi öhdələrinə götürürlər.

7.2. Bu Müqavilənin yerinə yetirilməsi əsnasında əldə edilən bütün məlumatlar məxfi hesab edilir və bu Müqavilənin fəaliyyət dövrü ərzində qüvvədə olan qanunvericilik ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, yayılmır və üçüncü şəxslərə verilmir.

Bu müqavilə iki nüsxədə tərtib olunur və nüsxələr eyni qüvvəyə malikdir.

 

Tərəflərin hüquqi ünvanı və rekvizitləri: