Qiymətli Kağızlar üzrə Xidmətlər Beynəlxalq Assosiasiyasının (ISSA) əsas məqsədi fond bazarlarında depozitar və hesablaşma fəaliyyətinin inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılmasıdır. Assosiasiya özündə 47 ölkədən olan 100-dən artıq təşkilatı əhatə edir. Milli Depozit Mərkəzi 23 oktyabr 2008-ci il tarixində ISSA-nın üzvlüyünə daxil olmuşdur.