DEPOZİTAR VƏ REYESTRSAXLAYICI DEPARTAMENTİNİN DİREKTORU

Elsevər Şamxəlil oğlu Xəlilov


Elsevər Şamxəlil oğlu Xəlilov 1974-cü ildə anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “Sənaye və mülki tikinti” fakültəsinə daxil olub, 1996-cı ildə həmin ali məktəbi bitirib. 1997-1999-cu illərdə Dünya Bankının xətti ilə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin “Fond Bazarları şöbəsi”ndə korporativ qiymətli kağızlar üzrə məsləhətçi, 1999-2000-ci illərdə Milli Depozit Mərkəzində “Reyestrin və əqdlərin qeydiyyatı” şöbəsinin aparıcı mütəxəssisi, 2000-2005-ci illərdə Mərkəzin “Reyestrin aparılması və saxlanılması” şöbəsinin baş mütəxəssisi, 2005-2009-cu illərdə həmin şöbənin rəisi, 2009-2014-cü illərdə “Müştəri xidmətləri” departamentinin direktoru, 2014-2015-ci illərdə “Əməliyyat” departamentinin direktoru vəzifələrində işləyib. 2015-ci ildən 2018-ci ilədək Milli Depozit Mərkəzinin “Müştəri xidmətləri” departamentinin direktoru vəzifəsində çalışıb. 2018-ci ilin dekabr ayından Milli Depozit Mərkəzinin “Depozitar və Reyestrsaxlayıcı” departamentinin direktoru vəzifəsində çalışır.