DAXİLİ AUDİTOR

Şirinov Xəlil Niyazi oğlu


Şirinov Xəlil Niyazi oğlu Bakı şəhərində anadan olmuşdur. 2012-2016-cı illlərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər və İqtisadiyyat” fakültəsində təhsil almışdır. 2014-2015-ci illərdə “Zaminbank” ASC-də kredit mütəxəssisi, 2015-2016-cı illərdə isə Mühasibat uçotu və audit şöbəsinin iqtisadçısı vəzifələrində çalışmışdır. 2018-ci ildən Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İnzibati İşlər Departamentində mütəxəssis, Əməliyyat Departamentində mütəxəssis, Depozitar və Reyestrsaxlayıcı Departamentində aparıcı mütəxəssis vəzifələrində çalışmışdır. 2019-cu ilin iyun ayında Milli Depozit Mərkəzinin daxili auditoru vəzifəsinə təyin edilmişdir.