HÜQUQ DEPARTAMENTİNİN DİREKTORU

Vasif Oqtay oğlu Səlimov


Vasif Oqtay oğlu Səlimov 1970-ci il martın 4-ü Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun Hidromeliorasiya fakültəsini, 2000-ci ildə isə Moskva Dövlət Hüquq Akademiyasının Hüquq fakültəsini bitirmişdir. 1990-cı ildə Azərbaycan Respublikası Su Təsərrüfatı Nazirliyində ikinci dərəcəli mühəndis vəzifəsində çalışmışdır. 1993-2000-ci illər ərzində Bakı şəhər Məhkəməsində müxtəlif vəzifələrdə, 2000-ci ildən 2001-ci ilədək ACDİÜ Azərbaycan Respublikası Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işləmişdir. 2001-2007-ci illərdə Bakı şəhər Yasamal rayon Məhkəməsində, 2007-2009-cu illərdə isə Bakı şəhər Sabunçu rayon Məhkəməsində məsləhətçi-dəftərxana müdiri vəzifəsində işləmişdir. 2009-cu ildən 2014-cü ilədək Kapital Bank ASC-də Problemli kreditlərlə iş departamentində Baş mütəxəssis, sonradan şöbə rəisi və Gəncə filialında müdir vəzifələrində çalışmışdır. 2014-cü ilin oktyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü və Hüquq Departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. 2016-2018-ci illər ərzində MDM-in İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır. 2018-ci ilin 20 dekabr tarixindən MDM-in Hüquq Departamentinin direktoru kimi fəaliyyət göstərir.