İDARƏ HEYƏTİNİN ÜZVÜ, KORPORATİV XİDMƏTLƏR DEPARTAMENTİNİN DİREKTORU

Qaralova Leyla Xıdırnəbi qızı


Qaralova Leyla Xıdırnəbi qızı 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə İqtisad” fakültəsinin İqtisadçı bakalavr ixtisasını fərqlənmə ilə bitirmiş, 2003-2006-cı illərdə həmin universitetdə Maliyyə-kredit ixtisası üzrə magistr dərəcəsi almışdır. O, iş fəaliyyətinə 1997-ci ilin iyul ayında Dünya Bankı ilə müqavilə əsasında Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin “Fond Bazarları şöbəsi”ndə məsləhətçi vəzifəsində başlamış, 1999-cu ilin iyul ayından isə Milli Depozit Mərkəzində “Reyestrin və əqdlərin qeydiyyatı” şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 2000-ci ilin mart ayından MDM-in “Əqdlərin qeydiyyatı şöbəsi”ndə baş mütəxəssis, 2009-cü ilin iyun ayından “Biznesin inkişafı Departamenti”nin direktoru, 2016-cı ilin iyun ayından isə İnzibati İşlər Departamenti”nin direktoru kimi fəaliyyət göstərmişdir. 2018-ci ilin fevral-dekabr aylarında MDM-in Baş risk inzibatçısı vəzifəsini müvəqqəti olaraq icra etmişdir. MDM-in Müşahidə Şurasının 2017-ci ilin 6 mart tarixli qərarı ilə İdarə Heyətinə üzv seçilmişdir. 10 oktyabr 2019-cu il tarixindən Korporativ Xidmətlər Departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. 

L.Qaralova 28 sentyabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşmasında göstərdiyi xidmətlərə görə Tərəqqi medalı ilə təltif edilmişdir.