İNFORMASİYA TEXNOLOGİYALARI İNFRASTRUKTURU DEPARTAMENTİNİN DİREKTORU

Araz Məhərrəm oğlu Mustafa


Araz Məhərrəm oğlu Mustafa 1984-cü ildə Xaçmaz şəhərində anadan olmuşdur. 2008-ci ildə “Qafqaz” Universitetinin Kompüter Mühəndisliyi fakültəsini bitirmiş, 2008-2011-ci illərdə Sumqayıt Dövlət Universitetinin Kompüter Mühəndisliyi fakültəsində təhsil alaraq Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. 2008-2009-cu illərdə “Bakıelektrikşəbəkə” ASC-də proqramçı, 2009-2014-ci illərdə “Bank of Azerbaijan” ASC-də proqramçı, 2011-2014-cü illərdə Proqramlaşdırma bölməsinin rəhbəri, 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində İnformasiya Sistemləri və Xüsusi Proqram təminatı Departamentinin Direktoru vəzifələrində işləmişdir. 2018-ci ilin dekabr ayından Milli Depozit Mərkəzinin İnformasiya Texnologiyarı İnfrastrukturu Departamentinin Direktoru vəzifəsində çalışır.