İDARƏ HEYƏTİNİN SƏDR MÜAVİNİ

Əhmədli Müşfiq Razik oğlu


Əhmədli Müşfiq Razik oğlu 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı fakültəsini fərqlənmə ilə bitirmiş, 2011-ci ildə İngiltərənin London şəhərində “Heriot-Watt” Universiteti və “Edinburgh Business School”-un birgə proqramı çərçivəsində Biznesin İdarə Olunması ixtisası üzrə magistr dərəcəsi almışdır. 2013-2016-cı illərdə Deloitte & Touche LLC şirkətində müxtəlif vəzifələrdə, 2016-2018-ci illərdə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya Təminatı və Təhlili sektorunun müdiri vəzifəsində çalışıb. 2018-ci ilin dekabr ayından MDM-in İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.