İDARƏ HEYƏTİNİN SƏDRİ

Əliyev Araz İsmayıl oğlu


Əliyev Araz İsmayıl oğlu 1960-cı ildə anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Maliyyə-kredit”, 1995-ci ildə isə Bakı Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə bitirmişdir. O, 1977-ci ildən əmək fəaliyyətinə başlamış, 1978-1987-ci illərdə Azərbaycan Respublikası Əmanət Bankında böyük xəzinədar-inkassator, təftişçi, böyük təftişçi, idarə rəisinin müavini, 1988-ci ildən 1992-ci ilədək bankın Bakı şəhəri Xətai rayon şöbələrində müdir vəzifəsində çalışmışdır. Əliyev Araz İsmayıl oğlu 1993-2000-ci illər ərzində Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankında Qiymətli kağızlar idarəsinin rəisi, eyni zamanda İdarə Heyətinin sədrinin müavini vəzifəsində işləmiş, 2000-ci ildən 2004-cü ilədək Birləşmiş Universal Səhmdar Bankının Nərimanov və Abşeron rayon filiallarında müdir, bankın xəzinədarlıq departamentinin direktoru kimi rəhbər vəzifələrdə çalışmışdır. O, 2004-cü ildən “Kapital Bank” ASC-nin departament direktoru və İdarə Heyətinin üzvü olmuş, 19 fevral 2007-ci il tarixindən isə “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmiş və 2013-cü ilədək bu vəzifədə çalışmışdır. Eyni zamanda, Əliyev Araz İsmayıl oğlu 2012-2013-cü illərdə “Əmanətçilərə Birdəfəlik Ödəmələrin verilməsi Mərkəzi”nin direktoru vəzifəsində çalışmışdır. O, 2013-cü ildən 2014-cü ilin sentyabr ayınadək “Bank of Azerbaijan” ASC-nin Müşahidə Şurasının üzvü vəzifəsində işləyirdi. 2014-cü il ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Fakültəsində dərs tədris etmişdir. 15 sentyabr 2014-cü ildən Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.