29 dekabr 2020-ci il tarixində Milli Depozit Mərkəzinin Müşahidə Şurasının iclası keçirilmişdir. İclasın qərarına əsasən Müşahidə Şurasının yeni tərkibi təsdiq edilmişdir.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq MDM-in Müşahidə Şurasının tərkibi 5 nəfər olmaqla 2 nəfər Mərkəzi Bankın nümayəndəsi, 2 nəfər Mərkəzi Depozitarın üzvü və  1 müstəqil üzvdən ibarət olmalıdır. Qanuna müvafiq olaraq Mərkəzi Bankın nümayandələri qismində, Mərkəzi Bankın Baş direktoru Əli Əhmədov- Müşahidə Şurasının sədri,  Mərkəzi Bankının Kapital bazarına nəzarət departamentinin direktor müavini, Kapital bazarına nəzarət şöbəsinin rəisi  Samir İsmayılov – Müşahidə Şurası sədrinin müavini, Mərkəzi Depozitarın üzvləri qismində isə Paşa Kapital İŞ-in daxili nəzarət üzrə məsul şəxsi Məmmədov Elçin Yaşar oğlu və ABB İŞ-in İcraçı direktoru Babazadə Nadir Mansur oğlu MDM-in Müşahidə Şurasına üzv olaraq seçilmişlər.