Pandemiyanın pik həddi bir sıra ölkələrdə Səhmdarların Ümumi Yığıncaqlarının keçirildiyi dövrə təsadüf edərək təşkilatların idarəetməsində müəyyən risklər yaratmışdır. Bir çox tənzimləyici orqanlar pandemiya şəraitinə uyğunlaşaraq virtual yığıncaq və onlayn səsvermə sisteminə keçid etmişlər. Səhmdarların yığıncaqda virtual iştirakının uzunmüddətli perspektivdə səmərəliyinin qiymətləndirilməsi üçün hələlik tez olsa da, COVİD-19 dövründə özündə biznes riski daşıyan bir çox dəyişikliklər kimi bu proses də yeni əməliyyat imkanlarını yaratmışdır.

Virtual və ya hibrid Ümumi Yığıncaqların keçirilməsi iştirak edən səhmdarların sayının artdığı halda daha qəbul ediləndir. Belə ki, texnoloji təminat güclü və etibarlı olduğu halda şəffaf səsvermənin təmin edilməsi üçün səhmdarların fiziki iştirakının zəruriliyinə dair narahatlığa əsas qalmayacaqdır.

Artıq bir sıra ölkələrin Mərkəzi Depozitarları E-Ümumi Yığıncaqlar təşkil edirlər. Bu ölkələrin sırasına Rusiya, Türkiyə, Ukrayna və Polşa daxildir.

Mənbə: https://thomasmurray.com/news/webcast-series-covid19-and-the-future-of-shareholder-meetings