Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən 2019-cu ilin ilk doqquz ayı ərzində qeydə alınmış qiymətli kağızlar üzrə əqdlərin say və həcm göstəriciləri açıqlanmışdır. Beləliklə, cari ilin yanvar-sentyabr aylarında 3391 birja əqdi, 493 birjadankənar əqd qeydə alınmışdır. Həcm göstəricilərinə gəlincə, birja və birjadankənar əqdlərin ümumi həcmi müvafiq olaraq 10.026.634.986,72 manat və 1.060.117.911,02 manat təşkil etmişdir.

Qeyd edək ki, həm birja, həm də birjadankənar təkrar bazarda qeydə alınmış əqdlər say üzrə çoxluq təşkil etsələr də, əqdlərin həcminə görə ilkin bazar əqdləri üstünlüyə malikdir. 

Repo əqdləri üzrə isə 9 ayın ümumi say göstəricisi 441, həcm göstəricisi 755.225.690,14 manat olmuşdur.

Analitik hesabat ilə daha yaxından tanış olmaq üçün linkə keçid edə bilərsiniz: http://mdm.gov.az/az/eqdler-uzre-hesabatlar