Azərbaycan Respublikasının Mərkəzi Bankının notları ilə bağlanan əqdlər üzrə hesablaşmaların “T+1” rejiminə keçməsi ilə yanaşı, notlara dair təqdim edilmiş yeniliklərdən biri də sterilizasiya portfelinin müddət üzrə diversifikasiyası ilə bağlıdır. Belə ki, son günlərdə Mərkəzi Bank tərəfindən tədavül müddəti 84, 168 və 252 gün olan notların yerləşdirilməsi barədə qərar qəbul edilmişdir.

Mərkəzi Bankın 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə ilk hərrac 20 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında keçirilmişdir.

Xatırladaq ki, indiyədək Mərkəzi Bankın hərraca çıxardığı notların tədavül müddəti 28 gün təşkil edirdi.