Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən qiymətli kağızlar üzrə əqdlərin qeydiyyata alınması xidmətinə görə tarifin hesablanması məqsədilə MDM-in internet səhifəsində “elektron kalkulyator” istifadəyə verilmişdir. Beləliklə, istifadəçilər “Xidmətlər” bölməsində yerləşdirilmiş kalkulyatorda seçim etməklə və ya müvafiq hissələrə zəruri məlumatı daxil etməklə təkrar bazarda səhmlər və istiqrazlar üzrə əqdlərin qeydiyyatı üçün müəyyən edilmiş xidmət haqqını hesablaya bilərlər.

Kalkulyator bölməsinə http://mdm.az/az/kalkulyator linki vasitəsilə keçid edə bilərsiniz.