12 fevral 2019-cu il tarixində Milli Depozit Mərkəzində (MDM) Bakı Fond Birjasının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gənc İnvestor 2018”  birja ticarəti üzrə virtual yarışmanın qalibləri üçün MDM-in fəaliyyəti üzrə təlim təşkil edilmişdir. Təlim zamanı iştirakçılara MDM-in əməkdaşları tərəfindən təşkilat haqqında ümumi məlumat verilmiş, depozitar, reyestrsaxlayıcı və klirinq fəaliyyətləri üzrə təqdimatlar keçirilmişdir.

Qeyd edək ki,  “Gənc İnvestor 2018”  virtual ticarət yarışının keçirilməsində məqsəd tələbələr arasında Azərbaycanda kapital bazarlarının təşviqi, onlarda sahibkarlik düşüncə tərzinin formalaşdırılması və kapital bazarlarına yönəlik gənc mütəxəssislərin hazırlanmasına dəstək göstərməkdir.