15 fevral 2019-cu il tarixində Milli Depozit Mərkəzinin Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilmişdir. İclasın gündəliyində duran məsələ MŞ-nın tərkibində dəyişikliklərin edilməsi olmuşdur. Cavid Rüstəm oğlu Nəzərovun Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini nəzərə alaraq, Samir Əbülfət oğlu İsmayılov MŞ-nın yeni sədri  təyin edilmişdir. Həmçinin,Orxan İbrahim oğlu Bağırov öz təşəbbüsü ilə MŞ-nın üzvlüyündən azad edilmişdir.

Qeyd edək ki, MŞ beş nəfərdən ibarətdir. MŞ-nın tərkibinə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, Mərkəzi Depozitarin üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir.