11 mart 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu (ARGF) tərəfindən informativ səciyyəli vahid elektron platformanın təqdimatı və yenilənmə mexanizmləri ilə bağlı işçi qaydada görüş təşkil olunmuşdur. Görüş zamanı ARGF-nın nümayəndələri www.gənc.az portalının təqdimatını keçirmiş və layihə haqqında ətraflı məlumat vermişlər. Daha sonra tədbir iştirakçılarının layihə barədə sualları cavablandırılmış və təklifləri dinlənilmişdir. Tədbirdə müxtəlif dövlət qurumlarının, o cümlədən Milli Depozit Mərkəzinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, informativ səciyyəli vahid elektron platforması ARGF tərəfindən gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər, layihələr və təşəbbüslər, eləcə də mövcud dövlət  dəstəyi mexanizmləri və dövlət xidmətləri barədə ətraflı məlumatların gənclərə effektiv şəkildə çatdırılması məqsədi ilə yaradılmışdır.