7 fevral 2019-cu il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir. Tədbirdə koreyalı ekspertlər tərəfindən təkrar bazar əməliyyatlarında hesablaşmaların təşkili ilə bağlı təkliflər, korporativ Repo predmetlərinə dair tələblər və digər mövzular ətraflı müzakirə edilmişdir. Yığıncaqda Milli Depozit Mərkəzinin əməkdaşları da iştirak etmişlər.

Qeyd edək ki, əsas məqsədi qiymətli kağızlar bazarının iştirakçılarının səmərəli peşəkar fəaliyyətini təmin edilməsi olan Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası 2007-ci ildə yaradılmışdır. Assosiasiyanın üzvlüyünə Milli Depozit Mərkəzi daxil olmaqla qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları daxildir.