14 fevral 2019-cu il tarixində Milli Depozit Mərkəzində Türkiyənin Mərkəzi Depozitarının (MKK) nümayəndələri Özgür Uysal və Gökçe İliriş ilə görüş keçirilmişdir. Görüş zamanı iki təşkilat arasında əməkdaşlıq perspektivləri, o cümlədən, nominal saxlayıcı hesabının açılması müzakirə edildi. Daha sonra iştirakçılar arasında mövzular ətrafında fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, 4 sentyabr 2014-cü il tarixində Azərbaycanın və Türkiyənin maliyyə xidmətləri bazarlarının, o cümlədən depozitar və hesablaşma sistemlərinin səmərəliliyinin artırılması istiqamətində yeni xidmətlərin inkişaf etdirilməsi, əməliyyatlar üzrə iş birliyinin yaradılması və məlumat mübadiləsinin gücləndirilməsi məqsədi ilə MDM və MKK arasında Anlaşma Memorandumu imzalanmışdır.