22 fevral 2019-cu il tarixində Bakı Fond Birjası (BFB) yenilənmiş “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili üzrə” qaydaların təqdimatını keçirmişdir. Yeni qaydalarda mövcud listinq prosesləri optimallaşdırlmış və bazar seqmentləri üzrə tələblər yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılmış, qiymətli kağızların ticarətə buraxılması, listinqi, delistinqi və onların emitentlərinin birja qarşısındakı öhdəlikləri sadələşdirilmiş, eləcə də xarici emitent və Azərbaycanın üzv olduğu beynəlxalq qurumların Azərbaycan kapital bazarlarında qiymətli kağız buraxılışını tənzimləyəcək dəyişikliklər əlavə edilmişdir.

Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Fond Bazarları Assosiasiyasının,  investisiya şirkətlərinin, emitentlərin, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların və Milli Depozit Mərkəzinin nümayəndələri iştirak etmişlər.

Qeyd edək ki, yeni qaydalar BFB-nin internet səhifəsində yerləşdirilmişdir və 13 mart 2019-cu il tarixində qüvvəyə minəcək.