26 fevral 2019-cu il tarixində Xocalı soyqırımının 27-ci ildönümümü ilə əlaqədar Milli Depozit Mərkəzinin nümayəndələri Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Ziyarət zamanı faciə qurbanlarının əziz xatirəsi yad edilib, abidənin önünə çiçək dəstələri düzülüb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində ermənilərin qəddarlıqla törətdikləri hadisələr Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmışdır. Bu qətliam XX əsrin bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrindən biridir. Xocalı soyqırımı zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülmüş, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanmış, 1275 nəfər girov götürülmüş və insanı alçaldan işgəncələrə məruz qalmışdır, 150 nəfərin taleyi hələ də məlum deyildir.