13 may 2019-cu il tarixində Milli Depozit Mərkəzinin Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilmişdir. İclasın gündəliyində duran əsas məsələlər MŞ-nın tərkibində dəyişikliklərin edilməsi və daxili auditorun təyin edilməsi olmuşdur. Məhəmməd Vahid oğlu Həsənlinin Maliyyə Bazarlarına Nəzarət Palatası (MNBP) ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini nəzərə alaraq, MNBP-nın Katiblik idarəsinin rəisi Aruz Məhəbbət oğlu Mikayılov MŞ-nın yeni üzvü təyin edilmişdir. Həmçinin, Xəlil Niyazi oğlu Şirinov MDM-in daxili auditor vəzifəsinə təyin olunmuşdur.

Qeyd edək ki, MŞ beş nəfərdən ibarətdir və onun tərkibinə MBNP-nin iki nümayəndəsi, MDM-in üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir.