15 may 2019-cu il tarixində Kapital Bankın İnsan Kapitalı Akademiyasında SWIFT-in ekspertlərinin iştirakı ilə SWIFT İstifadəçilər Qrupunun iclası keçirilmişdir. İclasda SWIFT-də baş verən yeniliklər, Alliance Lite 2 interfeysi vasitəsilə SWIFT-ə qoşulma imkanlarının optimallaşdırılması və genişləndirilməsi, Komplayens məsələləri üzrə həllərin inkişaf etdirilməsinə dair təkliflər və digər mövzular müzakirə edilmişdir. Tədbirdə İsveçrə, Belçika və Rusiyadan dəvət olunmuş ekspertlər, Azərbaycan Banklar Assosiasiyasına üzv bankların SWIFT İstifadəçilər Qrupunun və Milli Depozit Mərkəzinin nümayəndələri iştirak etmişlər.

Qeyd edək ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir və hal-hazırda 200-dən çox ölkə və 10000-dən çox qurum SWIFT istifadəçisidir.