Milli Depozit Mərkəzinin (MDM) ali idarəetmə orqanı Müşahidə Şurasıdır. Müşahidə Şurası 5 nəfərdən ibarətdir və onun tərkibinə maliyyə bazarlarına nəzarət orqanının iki nümayəndəsi, mərkəzi depozitarın üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir.

Müşahidə Şurasına sədr rəhbərlik edir. Müşahidə Şurasının sədrini və onun müavinini maliyyə bazarlarına nəzarət orqanının təqdimatı ilə Müşahidə Şurası öz üzvləri sırasından seçir. Müşahidə Şurasının sədri olmadıqda, onun səlahiyyətlərini müavini icra edir.

Hazırda MDM-in Müşahidə Şurasının tərkibi aşağıdakı kimidir:

Müşahidə Şurasının sədri - Əhmədov Əli İsmayıl oğlu

Müşahidə Şurasının sədrinin müavini - İsmayılov Samir Əbülfət oğlu

Müşahidə Şurasının üzvü - Bayramov Tural Bəşir oğlu

Müşahidə Şurasının üzvü - Məmmədov Orxan Ələkbər oğlu