Milli Depozit Mərkəzi (MDM) Azərbaycan Respublikasının mərkəzi depozitarı olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir. MDM-in əsas məqsədi Azərbaycan Respublikasının ərazisində qiymətli kağızların saxlanılmasını, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsidir.

MDM-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. Depozitar fəaliyyəti
  2. Klirinq fəaliyyəti
  3. Milli Nömrələyici Agentlik
  4. Reyestrsaxlayıcı fəaliyyəti
  5. Sərəncamçı xidmətinin göstərilməsi
  6. Ödəniş Agenti xidməti

 

MDM öz fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu”nu, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktlarını və öz Nizamnaməsini rəhbər tutur. “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən MDM mərkəzi depozitar olaraq müvafiq lisenziya almadan klirinq fəaliyyəti ilə məşğul ola bilər.