Baş səhifə | Saytın xəritəsi | Əlaqə | Ana səhifəsi et | Seçilmişlərə əlavə et
aze    |    eng    |    rus
 
İstifadəçinin adı: Parol
5 Sentyabr 2010 il
 
Fəaliyyət



Milli Depozit Mərkəzi (MDM) Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli 580 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Depozit Sistemi haqqında" Əsasnaməyə müvafiq olaraq 18 sentyabr 1997-ci ildə təsis edilmiş və ilk adı “Mülk” Milli Depozit Mərkəzi olmuşdur.

Qapalı səhmdar cəmiyyəti formasında təsis edilən MDM-in nizamnamə kapitalı 1 400 000 AZN təşkil edir. MDM-in səhmlərinin 100%-i Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə məxsusdur.

MDM-in yaradılmasında ilkin məqsəd dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərin səhmlərinin saxlanılması və səhmdarlarının uçotunun aparılması olmuşdur. Qiymətli kağızların saxlanılması və reyestrin aparılması xidmətlərinə dair ilk müqavilə 1998-ci ildə imzalanmışdır.

Hazırda, peşəkar fəaliyyətin həyata keçirilməsinə dair iki lisenziyaya malik olan MDM Azərbaycanın fond bazarının mərkəzi depozitarı olmaqla yanaşı, ən iri reyestrsaxlayıcısıdır. MDM dövlət qiymətli kağızlarından başqa bütün növ qiymətli kağızların saxlanılmasını həyata keçirir. 2005-ci ildə MDM-in ilk Naxçıvan Filialı təsis edilmişdir.

2009-cu ilə olan məlumatlara görə, MDM-də saxlanılan aktivlərin dəyəri 3 milyard manatdan artıq olmuş, açılmış hesabların ümumi sayı isə 100 mindən artıqdır.

Bundan əlavə, MDM bir sıra beynəlxalq assosiasiyaların üzvüdür və 2006-cı ildən başlayaraq Milli Nömrələyici Agentlik qismində ölkədə buraxılan qiymətli kağızlara beynəlxalq identifikasiya kodları verir.

MDM depozitar fəaliyyətinin həyata keçirilməsi üçün daxili depozitar proqram təminatına malikdir. Depozitar proqram şəbəkəsi qapalı və effektiv uçot sistemidir. Proqramda əməliyyatların başa çatdırılması - daxiletmə və təsdiqetmə prinsipləri əsasında qurulmuşdur.

Əlavə olaraq, MDM qeyri-profil olan aksiz markalarının və silinmiş dövlət özəlləşdirmə çeklərinin saxlanılmasını həyata keçirir.



 
Azərbaycan Respublikası, AZ1000, Bakı, Bülbül prospekti 19,
tel: 994-12-4935058; faks: 994-12-5983550
web site: www.mdm.az e-mail: info@mdm.az
 
 
Site by DreamArt ® 2008