ABŞ-da “Beynəlxalq qiymətli kağızlar bazarının inkişafı” adlı təlim kursları keçirilmışdir.
MDM-in nümayəndəsi Amerika Birləşmiş Ştatları Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyanın dəstəyi ilə ABŞ Dövlət İnkişaf Agentliyi tərəfindən hazırlanmış “Beynəlxalq qiymətli kağızlar bazarının inkişafı” adlı təlim kurslarında iştirak etmişdir. Kurslar 17 aprel 2010-cu il tarixindən 06 may 2010-cu ilədək Vaşinqton və Nyu-York şəhərlərində aparılmışdır.