Baş səhifə | Saytın xəritəsi | Əlaqə | Ana səhifəsi et | Seçilmişlərə əlavə et
aze    |    eng    |    rus
 
İstifadəçinin adı: Parol
5 Sentyabr 2010 il
 
Depozitar terminləri lüğəti

Q - E - R - T - O - A - S - D - F - G - H - K - X - V - B - N - M - İ - Ə - Ç - Ş
Q
  • Qeydiyyata alınmış şəxs Qeydiyyata alınmış şəxs – MDM ilə müqaviləyə əsasən uçot sisteminə daxil edilımış və MDM-in xidmətlərdən yararlanan şəxsdir.
  • Qiymətli kağız Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir.
  • Qiymətli kağız sahiblərinin reyestri Qiymətli kağız sahiblərinin reyestri müəyyən tarixə qeydə alınmış qiymətli kağızların sahiblərinin və nominal saxlayıcılarının, onlara məxsus qiymətli kağızların sayının və növünün eyniləşdirilməsini təmin edən siyahıdır. Qiymətli kağızların reyestrində emitent haqqında məlumat, hər bir qiymətli kağız sahiblərinə və nominal saxlayıcılarına məxsus olan qiymətli kağızların sayı, nominal dəyəri, növü, forması, öhdəliklər ilə yükləndirilməsi və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar göstərilməlidir.
  • Qiymətli kağız sahiblərinin reyestrindən çıxarış Qiymətli kağız sahiblərinin reyestrindən çıxarış – qiymətli kağız olmayaraq reyestrsaxlayıcı tərəfindən şəxsi hesab sahibinə təqdim edilən və müəyyən tarixə şəxsi hesabda olan qiymətli kağızlar barədə məlumatları əks etdirən sənəddir.
  • Qiymətli kağız sertifikatı Qiymətli kağız sertifikatı – qiymətli kağız olmayaraq depozitar tərəfindən hesab sahibinə təqdim edilən, müəyyən tarixə onun depo hesabında olan qiymətli kağızlar barədə məlumatları əks etdirən sənəddir. Depo hesabından çıxarışdan fərqli olaraq Qiymətli kağız sertifikatının MDM tərəfindən uçotu aparılır.
  • Qiymətli kağızlar bazarı Qiymətli kağızlar bazarı qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, sahibliyi, saxlanılması, onlarla əqdlərin bağlanması, digər əməliyyatların aparılması üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusudur.
  • Qiymətli kağızlar bazarının iştirakçıları Qiymətli kağızlar bazarının iştirakçıları qiymətli kağızların emissiyasında, tədavülündə, ödənilməsində, sahibliyində, saxlanılmasında, qiymətli kağızlarla əməliyyatların aparılmasında subyekt və ya tərəf kimi çıxış edən şəxslər, habelə qiymətli kağızlar bazarının tənzimlənməsini həyata keçirən dövlət və qeyri-kommersiya təşkilatları olan qiymətli kağızlar bazarının iştirakçılarının özünü tənzimləyən təşkilatlarıdır.
  • Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxslərdir.
  • Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının könüllülük, qeyri-kommersiya prinsipləri əsasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olan ictimai birliyidir.
  • Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı - lisenziya əsasında qiymətli kağızlar üzrə normativ-hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət növünü həyata keçirən hüquqi və fiziki şəxsdir.
  • Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət hüquqi və ya fiziki şəxslər tərəfindən qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilən sahibkarlıq fəaliyyətidir.
  • Qiymətli kağızlar buraxılışı Qiymətli kağızlar buraxılışı - bir emitentin sahiblər üçün eyni həcmdə hüquqlar təmin edən və eyni emissiya şərtlərinə (ilkin yerləşdirmə) malik qiymətli kağızlarının məcmusudur (bu təqdirdə eyni buraxılışdan olan bütün kağızlar bir dövlət qeydiyyat nömrəsinə malik olmalıdır).
  • Qiymətli kağızların ötürülməsi Qiymətli kağızların ötürülməsi - qiymətli kağızların bir deponentin depo hesabından digər deponentin depo hesabına və ya qiymətli kağızların depo hesabının bir bölməsindən digər bölməsinə köçürülməsi üzrə əməliyyatdır.
  • Qiymətli kağızların birləşdirilməsi Qiymətli kağızların birləşdirilməsi - bir növdən olan bütün qiymətli kağızların bir buraxılış daxilində bütün mülkiyyətçilərdə olan qiymətli kağızların sayının mütənasib olaraq azaldılması, nominal dəyərinin isə mütənasib olaraq artırılması yolu ilə dəyişdirilməsidir.
  • Qiymətli kağızların emissiyası Qiymətli kağızların emissiyası—investisiya qiymətli kağızlarını yerləşdirərkən emitentin normativ-hüquqi aktlarla müəyyən edilmiş hərəkətlərinin ardıcıllığı.
  • Qiymətli kağızların idarə olunması Qiymətli kağızların idarə olunması müştəriyə məxsus olub, peşəkar iştirakçının idarəçiliyinə verilmiş qiymətli kağızlar və ya pul vəsaitləri ilə müştərinin mənafeyi üçün və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün qiymətli kağızlar bazarında əməliyyatların aparılması üzrə peşəkar fəaliyyətdir.
  • Qiymətli kağızların konvertasiyası Qiymətli kağızların konvertasiyası  - bir növ investisiya qiymətli kağızlarının digər növ investisiya qiymətli kağızlara əvəsiz dəyişdirilməsidir (səhmin istiqraza dəyişdirilməsi istisna olmaqla). Bu zaman dəyişdirilmiş qiymətli kağızlar ləğv olunurlar. (keçid q/k silinir). Dəyişikliklərə uyğun qiymətli kağızlara dair sertifikatların yeniləri ilə əvəz edillməsi həyata keçirilir.
  • Qiymətli kağızların ləğv edilməsi Qiymətli kağızların ləğv edilməsi - bir növdən olan qiymətli kağızların bir buraxılış daxilində mülkiyyətçilərin hesablarından emitentin hesabına köçürülməsi və sonradan emitentin hesabından silinməsi yolu həyata keçirilir. Bu əməliyyatın icrası üçün emitent və ya reyestrsaxlayıcı tərəfindən depozitara aşağıdakı sənədlər təqdim olunmalıdır.
  • Qiymətli kağızların nominal saxlayıcısı Qiymətli kağızların nominal saxlayıcısı - hüquq sahibinin tapşırığı və marağı ilə, onun yerinə adlı qiymətli kağız sahibləri reyestrinin aparılması sistemində qeydə alınmış, reyestr aparan qarşısında hüquq sahibinin etibarlı şəxsi kimi çıxış edən, lakin hüquq sahibi olmayan şəxsdir.
  • Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qiymətli kağızlar, onların emitenti, sahibləri, nominal saxlayıcıları barədə məlumatların toplanması, qeydə alınması, işlənməsi, saxlanması və təqdim edilməsi xidmətlərinin göstərilməsi üzrə peşəkar fəaliyyətdir.
  • Qiymətli kağızların silinməsi Qiymətli kağızların silinməsi qiymətli kağızların məsul saxlanmadan və depozitar uçotundan çıxarılması üzrə əməliyyatdır.
  • Qiymətli kağızların tədavülü Qiymətli kağızların tədavülü yerləşdirmədən sonra qiymətli kağızlarla mülki-hüquqi əqdlərin bağlanması nəticəsində mülkiyyət hüquqlarının keçməsi və qeydiyyatı prosesidir.
  • Qiymətli kağızların xırdalanması Qiymətli kağızların xırdalanması - bir qiymətli kağızın nominal dəyərinin mütənasib bılünməsi yolu ilə eyni növlü bir neçə qiymətli kağıza çevrilməsidir. Qiymətli kağızların xırdalanması zamanı depo hesablarının aparılması sistemində xırdalanan bir qiymətli kağızın ümumi nominal dəyəri həmin qiymətli kağızın nominal dəyərinə bərabər olan yeni buraxılışın iki və daha artıq sayda qiymətli kağızlarına dəyişdirilir.
 
Azərbaycan Respublikası, AZ1000, Bakı, Bülbül prospekti 19,
tel: 994-12-4935058; faks: 994-12-5983550
web site: www.mdm.az e-mail: info@mdm.az
 
 
Site by DreamArt ® 2008