Baş səhifə | Saytın xəritəsi | Əlaqə | Ana səhifəsi et | Seçilmişlərə əlavə et
aze    |    eng    |    rus
 
İstifadəçinin adı: Parol
5 Sentyabr 2010 il
 
Prosedurlar

  • Qiymətli kağız sertifikatı
  • Müştərinin müraciəti ilə MDM-də saxlanılan sənədli və sənədsiz qiymətli kağızlar üzrə qiymətli kağız sertifikatları təqdim edilir.

    Qiymətli kağız sertifikatının təqdim olunması üçün tələb olunan sənədlər:

    Fiziki şəxslər üçün

    Ərizə;

    Şəxsiyyəti təsdiq edən sənəd;

    Ərizəçi vəkil edilmiş nümayəndə olduqda vəkalətnamə.

    Hüquqi şəxslər üçün

    Ərizə;

    Hüquqi şəxsin adından çıxış etmək üçün etibarnamə;

    Etibarnamənin təqdim edən şəxsi identifikasiya edən sənəd.

     

    Qiymətli kağız sertifikatının təqdim olunması 5(beş) iş günü ərzində həyata keçirilir.

     

    Qiymətli kağız sertifikatının alınması üçün əməliyyat ardıcıllığı

    1. Qiymətli kağız sahibi və ya onun vəkil olunmuş nümayəndəsi qiymətli kağız sertifikatının hazırlanmasına sifariş vermək üçün MDM-in Müştəri Xidmətləri Departamentinə müraciət edir. Müraciət şəxsən və ya poçt vasitəsilə  edilə bilər.

    2. Əməliyyatçısı təqdim olunan sənədlər əsasında müştərinin MDM-in uçot sistemində hesabının olub-olmamasını yoxlayır.

    3. Müştərinin MDM-in uçot sistemində hesabı olmadığı halda, əməliyyatçı bu barədə müştərini məlumatlandırır.

    4. Müştərinin hesabı olduqda, əməliyyatçı MDM-in uçot sistemindəki məlumatlarla sənəd və hesab üzrə məlumatlar arasında uyğunsuzluqların olub-olmamasını yoxlayır. Həmçinin, müştərinin əvvəlki sertifikatının olub-olmaması yoxlanılır. Olan halda, müştəri əvvəlki sertifikatı və ya onun itirilməsi barədə qazetdə çıxmış elanı əməliyyatçıya təqdim edir.

    5. Əməliyyatçı müştərinin hesabı üzrə uyğunsuzluqlar aşkar etdikdə, dəyişikliklərin edilməsi üçün müraciət edən şəxsdən müvafiq sənədlər tələb edilir və  sistemdə qeydiyyata alınmış şəxsin rekvizitləri və hesab üzrə düzəlişlər edir.

    Müraciət edən şəxs digər müvafiq sənədləri təqdim edə bilmədikdə onun  hesab üzrə çıxarışın hazırlanması sifarişi qəbul edilmir.

    6. Düzəlişlər edildikdən sonra (əgər olarsa) müraciət edən şəxsin sifarışi qeydiyyata alınır.

    7. Müraciət edən şəxs hesab xidmət haqqının ödənilməsi üçün kassaya göndərilir. MDM-in tariflərinə müvafiq olaraq, kassir müraciət edən şəxsdən xidmət haqqını qəbul edir və ona kassa mədaxil orderinin qəbzini təqdim edir.

    8. Təyin edilmış müddətdə müvafiq qaydada imzalanmış və MDM-in möhürü vurulmuş sertifikat müraciət edən şəxsə təqdim edilir.

    9. Müraciət edən şəxs, Müştəri Xidmətləri Departamentinin müvafiq jurnalında sifarişinin qeydiyyata alındığı sətirdə sertifikatı aldığı barədə imzalayır. 

  • Vərəsəlik əməliyyatının qeydiyyatı
  • Vərəsəlik üzrə qiymətli kağızlara mülkiyyət hüquqlarının dəyişməsinin qeydiyyatı MDM tərəfindən həyata keçirir.

    Vərəsəlik əməliyyatının qeydiyyatı zamanı tələb olunan sənədlər:

    - Vərəsəlik üzrə sərəncam;

    - Vərəsəlik şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

    - Varisin (və ya varislərin) şəxsiyyətini təsdiq edən sənəd;

    - Varisin depo hesabı olmadıqda, yeni hesabın açılması üçün zəruri sənədlər; (bax: Hesab

    açılması)

    - Varisi vəkil edilmış nümayəndə təmsil etdikdə, etibarnamə.

     

    Vərəsəlik əməliyyatının qeydiyyatı 2 (iki) iş günü ərzində həyata keçirilir.

     

    Vərəsəlik əməliyyatının qeydiyyatı zamanı əməliyyat ardıcıllığı

    1. Varis və ya vəkil edilmış nümayəndəsi sənədləri Müştəri Xidmətləri Departamentinin (MXD) əməliyyatçına təqdim edir.

    2. Müraciət edən şəxs xidmət haqqının ödənilməsi üçün kassaya  göndərilir. MDM-in tariflərinə müvafiq olaraq, kassir müraciət edən şəxsdən xidmət haqqını qəbul edir və ona kassa mədaxil orderinin qəbzini təqdim edir.

    3. Əməliyyatçı vərəsəlik sərəncamına əsasən uçot sistemində qiymətli kağızları varisin (və ya varislərin) adına ötürür.

  • Depozitar müqaviləsi üzrə prosedurlar
  • Tərəflər :

    - emitentlər;

    - hüquqi şəxslər;

    - fiziki şəxslər.

     

    Tələb olunan sənədlər* :

     Emitentlər üçün:

     - Müqavilənin bağlanılması üçün ərizə;

    - Anket (emitentlər üçün);

    - Emitentin nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

    - Hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

    - Emitentin digər təsis sənədlərinin surəti (dövlət əmlakının özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlər üzrə - səhmdar cəmiyyətinin yaradılması haqqında dövlət əmlakının satıcısının sərəncamının surəti);

    - İcra orqanının rəhbər şəxsinin vəzifəyə təyin olunması barədə sənədin surəti  (dövlət əmlakının özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlər üzrə - idarə heyəti sədrinin vəzifəsinə təyin edilməsi haqqında dövlət əmlakının satıcısının əmri);

    - Emitentin qiymətli kağızlarının emissiya prospektinin surəti (qiymətli kağızlarının emissiyası emissiya prospekt ilə müşayiət olunursa) və ya qiymətli kağızların emissiyası haqqında qərar;

    - Dövlət əmlakının özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlər üçün özəlləşdirmə planının surəti;

    - Qiymətli kağızların dövlət qeydiyyatına alınması barədə sənədin surəti;

    - Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

    - Emitentin bank rekvizitləri haqqında müvafiq arayış.

    - Emitent yeni yaradılmış səhmdar cəmiyyətidirsə, qiymətli kağız sahibləri və onların sahib olduqları qiymətli kağızların miqdarı haqqında sənədin surəti (cədvəl formasında).

     

    Hüquqi şəxslər üçün:

    - Müqavilənin bağlanılması üçün ərizə;

    - Anket (hüquqi şəxslər üçün);

    - Hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

    - Hüquqi şəxsin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

    - Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti (VÖEN);

    - Bank rekvizitləri haqqında arayış;

    - Müəssisənin adından çıxış etmək üçün səlahiyyətləndirilmış şəxsin adına etibarnamə.


    Fiziki şəxslər üçün:

    - Müqavilənin bağlanılması üçün ərizə;

    - Anket (fiziki şəxslər üçün);

    - Şəxsiyyəti təsdiq edən sənəd;

    - Vəkil edilmış nümayəndə olduqda, onun adına etibarnamə.

     

     

    * Müqavilənin bağlanması zamanı təqdim edilən sənədlərdə uyğunsuzluq və ya digər zərurət aşkar olunduqda müştəridən əlavə sənədlər tələb edilə bilər.

      

    Müqavilə bağlanması üzrə prosedur ardıcıllığı:

    1.Müştəri sənədlər toplusunu Müştəri Xidmətləri Departamentinin əməliyyatçısına təqdim edir. Sənədlər toplusu əməliyyatçısı tərəfindən  təhlil edilir və yoxlanılır;

    2.Sənədlər qaydasında olduğu halda Ümumi İşlər Departamentinə ötürülür;

    3.Təqdim olunmuş sənədlər toplusu Ümumi İşlər Departamenti tərəfindən müvafiq qaydada qeydiyyata alınır və daxili sənədləşmə proseduruna uyğun olaraq Müştəri Xidmətləri Departamentinə təqdim edilir;

    4.Təqdim olunmuş sənədlər əsasında Müştəri Xidmətləri Departamentinin əməliyyatçısı tərəfindən 2 nüsxədə müqavilə tərtib edilir;

    5.Müqavilə müştəri və ya onun vəkil edilmiş nümayəndəsi tərəfindən imzalanır və xidmət haqqının ödənilməsi üçün kassaya göndərilir;

    6.Xidmət haqqının ödənişi nağd və ya bank köçürməsi yolu ilə aparıla bilər. Ödəniş nağd qaydada aparıldıqda MDM-in tariflərinə müvafiq olaraq kassir müqaviləni imzalayan şəxsdən xidmət haqqını qəbul edir və ona kassa mədaxil orderinin qəbzini təqdim edir;

    7.Ödəniş bank köçürülməsi yolu ilə aparıldıqda, Maliyyə Departamentinin məsul şəxsinə ödəniləcək xidmət haqqı barədə məlumatla yanaşı imzalanmış müvafiq müqavilə təqdim edilir;

    8.Təqdim edilmiş müqavilə əsasında Maliyyə Departamentinin məsul şəxsi tərəfindən MDM-in tariflərinə uyğun olaraq xidmət haqqı müəyyən olunur və müştəriyə hesab təqdim edilir;

    9.Xidmət haqqı MDM-in kassasına və ya bank hesabına daxil olunduqdan sonra həmin müqavilə MDM-in İdarə Heyətinin sədri tərəfindən imzalanır və möhür vurulur. Müqavilənin bir nüsxəsi Müştəri Xidmətləri Departamentinin əməliyyatçısı tərəfindən müştəriyə təqdim edilir;

    10.Müqavilə imzalandıqdan sonra məlumatlar MDM-in uçot sisteminə daxil edilir.
  • Hesab açılması
  • Tələb olunan sənədlər:

    Fiziki şəxslər üçün

    - Ərizə;

    - Anket (fiziki şəxslər üçün);

    - Şəxsiyyəti təsdiq edən sənəd;

    - Ərizəçi vəkil edilmiş nümayəndə olduqda vəkalətnamə və ya broker müqaviləsi.

    Hüquqi şəxslər üçün

    - Ərizə;

    - Anket (hüquqi şəxslər üçün);

    - Dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmış surəti;

    - Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti (VÖEN);

    - Rəhbər şəxsin təyin edilməsi haqqında əmrin təsdiq edilmış surəti;

    - Bank rekvizitləri haqqında arayış;

    - Ərizəçi vəkil edilmiş nümayəndə olduqda vəkalətnamə və ya broker müqaviləsi.

    Emissiya hesabının açılması üçün tələb olunan sənədlər:

    - Emitentlə müqavilə;

    - Anket (əlavə ¹3).

     

    Hesab açılması 2 (iki) iş günü ərzində həyata keçirilir.

    Hesab açılması üçün prosedur ardıcıllığı:

    1.Müştəri (fiziki və ya hüquqi şəxs) hesab açılması üçün tələb edilən sənədləri Müştəri Xidmətləri Departamentinin (MXD) əməliyyatçısına təqdim edir.

    2.MXD əməliyyatçısı sənədlərdəki məlumatları sistemdə yoxlayır.

    3.Müştərinin sistemdə hesabı olduqda MXD əməliyyatçısı sistemdə olan məlumatlarla, müştərinin təqdim etdiyi məlumatları bir daha yoxlayır.

    4.Hər hansı iki göstərici üzrə uyğunsuzluqlar olduqda düzəlişlər edilməsi üçün müştəridən əlavə sənədlər tələb olunur.

    5.Düzəlişə ehtiyac olmadıqda müştəriyə hesabının olduğu barədə məlumat verilir və əməliyyat başa çatır.

    6.Sistemdə hesabı olmadıqda müştəri MDM tariflərinə müvafiq olaraq Maliyyə Departamentinə-kassaya xidmət haqqı ödəyir. Kassir müraciət edən şəxsdən xidmət haqqını qəbul edir və ona kassa mədaxil orderinin qəbzini təqdim edir. Ödəniş köçürmə yolu ilə edildikdə, müştəri, ona təqdim olunan ödəniş tapşırığı əsasında xidmət haqqını MDM-in bank hesabına daxil edir.

    7.Xidmət haqqı ödənildikdən sonra MDM elektron sistemində müştəriyə hesab açılır.
  • Qeydiyyata alınmış şəxsin hesabından çıxarış
  • Qeydiyyata alınmış şəxsin hesabından çıxarışa aiddir:

    - Depo hesabından çıxarış;
    - Qiymətli kağız sahiblərinin reyestrindən çıxarış.

    Çıxarışın verilməsi üçün tələb olunan sənədlər:

    Fiziki şəxslər üçün


    - Ərizə;
    - Şəxsiyyəti təsdiq edən sənəd;
    - Ərizəçi vəkil edilmış nümayəndə olduqda vəkalətnamə və ya broker müqaviləsi.

    Hüquqi şəxslər üçün


    - Ərizə;
    - Hüquqi şəxsin adından çıxış etmək üçün etibarnamə;
    - Etibarnamənin təqdim edən şəxsi identifikasiya edən sənəd.

    Qeydiyyata alınmış şəxsin hesabından çıxarışların verilməsi 2 (iki) iş günü ərzində həyata keçirilir.

    Çıxarış verilməsi üçün əməliyyat ardıcıllığı

    1.Qiymətli kağız sahibi və ya onun vəkil olunmuş nümayəndəsi hesabdan çıxarışın hazırlanmasına sifariş vermək üçün MDM-in Müştəri Xidmətləri Departamentinə (MXD) müraciət edir. Müraciət şəxsən və ya poçt vasitəsilə  edilə bilər.

    2.MXD əməliyyatçısı təqdim olunan sənədlər əsasında müştərinin MDM-in uçot sistemində hesabının olub-olmamasını yoxlayır.

    3.Müştərinin MDM-in uçot sistemində hesabı olmadığı halda, əməliyyatçı bu barədə müştərini məlumatlandırır.

    4.Müştərinin hesabı olduqda, əməliyyatçı MDM-in uçot sistemindəki məlumatlarla sənəd və hesab üzrə məlumatlar arasında uyğunsuzluqların olub-olmamasını yoxlayır.

    5.Belə bir hal aşkar edildikdə, əməliyyatçı tərəfindən müvafiq dəyişikliklərin edilməsi üçün  müraciət edən şəxsdən müvafiq sənədlər tələb edilir və  sistemdə qeydiyyata alınmış şəxsin rekvizitləri və hesab üzrə düzəlişlər edilir.
    Müraciət edən şəxs digər müvafiq sənədləri təqdim edə bilmədikdə onun  hesab üzrə çıxarışın hazırlanması sifarişi qəbul edilmir.

    6.Düzəlişlər edildikdən sonra (əgər olarsa) müraciət edən şəxsin sifarışi  MXD-nin müvafiq jurnalında sıra nömrə ardıcıllığı ilə qeydiyyata alınır və MXD əməliyyatçısı MDM-in uçot sistemində hesabdan çıxarışın ilk dəfə və ya təkrarən alınmasını müəyyən edir.

    7.Müraciət edən şəxs hesab üzrə çıxarış ilk dəfə alırsa; keçid-10

    8.Müraciət edən şəxs hesab üzrə çıxarışı təkrarən alırsa xidmət haqqının ödənilməsi üçün kassaya göndərilir.

    9.MDM-in tariflərinə müvafiq olaraq, kassir müraciət edən şəxsdən xidmət haqqını qəbul edir və ona kassa mədaxil orderinin qəbzini təqdim edir və bu barədə MXD əməliyyatçısını məlumatlandırır.

    10
    .MXD əməliyyatçısı MDM-in uçot sistemində hesabdan çıxarışı müvafiq blankda çap edir və imzalayır.

    11.MXD direktoru hesabdan çıxarışa Departamentin ştampını vurur və imzalayır.

    12
    .Müraciət edən şəxs, MXD-nin müvafiq jurnalında sifarişinin qeydiyyata alındığı sətirdə hesabdan çıxarışı almaq üçün imzalayır və MXD əməliyyatçısı hesab üzrə çıxarışı  müraciət edən şəxsə təqdim edir.

  • Qiymətli kağız sahiblərinin reyestri
  • MDM reyestrsaxlayıcı kimi müştərisi olan emitentə səlahiyyətli nümayəndəsinin müraciəti əsasında qiymətli kağız sahiblərinin reyestrini təqdim edir.

     

    Qiymətli kağız sahiblərinin reyestrinin təqdim edilməsi üçün tələb olunan sənədlər:

     

    - Emitentlə müqavilə;

    - Reyestrin alınması üçün müraciət-ərizə;

    - Rəhbər şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.

     

    Qiymətli kağız sahiblərinin reyestri 5(beş) iş günü ərzində hazırlanır.

     

    Qiymətli kağız sahiblərinin reyestrinin təqdim olunması üçün əməliyyat ardıcıllığı

     

    1.Emitentin səlahiyyətli şəxsi qiymətli kağız sahiblərinin reyestrinin hazırlanmasına sifariş vermək üçün MDM-in Müştəri Xidmətləri Departamentinə müraciət edir. Müraciət formasında reyestrin hansı qiymətli kağızlar üzrə və hansı tarixə sifarış edildiyi dəqiq göstərilməlidir.

    2.Əməliyyatçı tərəfindən MDM-in uçot sistemindəki məlumatlarla təqdim edilən sənəd və hesab üzrə məlumatlar arasında uyğunsuzluqların olub-olmamasını yoxlanılır.

    3.Belə bir hal aşkar edildikdə, əməliyyatçı tərəfindən müvafiq dəyişikliklərin edilməsi üçün  müraciət edən şəxsdən müvafiq sənədlər tələb edilir və uçot sistemdə düzəlişlər edilir.

    4.Əməliyyatçı tərəfindən qiymətli kağız sahiblərinin reyestrinin ilk dəfə və ya təkrarən alınması MDM-in uçot sistemində müəyyən edilir.

    5.Reyestr ilk dəfə verilirsə, keçid-8

    6.Emitent qiymətli kağız sahiblərinin reyestrini təkrarən alırsa xidmət haqqının ödənilməsi üçün kassaya göndərilir.

    7.MDM-in tariflərinə müvafiq olaraq, kassir müraciət edən şəxsdən xidmət haqqını qəbul edir və ona kassa mədaxil orderinin qəbzini təqdim edir.

    8.Təyin edilmış müddətdə müvafiq qaydada imzalanmış və MDM-in möhürü vurulmuş reyestr müraciət edən şəxsə təqdim edilir.

 
Azərbaycan Respublikası, AZ1000, Bakı, Bülbül prospekti 19,
tel: 994-12-4935058; faks: 994-12-5983550
web site: www.mdm.az e-mail: info@mdm.az
 
 
Site by DreamArt ® 2008