Baş səhifə | Saytın xəritəsi | Əlaqə | Ana səhifəsi et | Seçilmişlərə əlavə et
aze    |    eng    |    rus
 
İstifadəçinin adı: Parol
5 Sentyabr 2010 il
 
Sual-Cavab

  • 1. Səhmdar cəmiyyəti MDM-lə bağlanmış müqaviləyə xitam verdiyi halda hara müraciət edilmədilir?
  • Əgər səhmdar cəmiyyəti səhmdarların reyestrini özü aparırsa, emitentə müraciət edilməlidir, səhmdar cəmiyyəti ləğv edildikdə, səhmdar öz hüquqlarını cəmiyyətin ləğvi və tələblərin ödənilməsi məqsədilə təyin edilmış ləğvetmə komissiyasından tələb etməlidir.
  • 2. Səhmdar cəmiyyəti tərəfindən dividendlərin verilib-verilməməsi necə müəyyən edilir?
  • Səhmdar cəmiyyətin xalis mənfəətindən dividendlərin ödənilib-ödənilməməsi qərarı səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilir.
  • 3. Səhmdarları ümumi yığıncağa çağırma qaydası necədir?
  • Səhmdarların ümumi yığıncağının çağırılmasına 45 gün qalmış kütləvi informasiya vasitələrində bu barədə məlumat verilir və səhmdarların ünvanına yazılı bildirişlər göndərilir.
  • 4. Səhmdar xarici vətəndaşdırsa və yaxud xaricdə yaşayan yerli vətəndaşdırsa, onun verdiyi etibarnamənin hüquqi qüvvəsi necə müəyyən edilir?

  • Xarıci vətəndaşın və ya xaricdə yaşayan yerli vətəndaşın MDM-də əməliyyat aparılması üçün verdiyi etibarnaməsi "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununa əsasən bu Konvensiyaya qoşulan hər bir dövlət üçün leqallaşdırmadan azad edilir.
    Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür.
  • 5. Səhmdarların reyestrini götürmək üçün MDM-ə İdarə Heyətinin əvəzinə etibarnamə ilə başqa şəxs müraciət edirsə, etibarnamə hansı formada tərtib edilməlidir?

  • Səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri cəmiyyətin adından səhmdarların reyestrini götürmək üçün başqa şəxsə etibarnamə verdikdə, etibarnamənin səhmdar cəmiyyətinin möhürü və İdarə Heyətinin sədrinin imzası ilə təsdiqlənməsi kifayətdir. İdarə Heyətinin sədrinin fiziki şəxs kimi başqa şəxsə verdiyi etibarnamə səhmdar cəmiyyətinin adından çıxış etməyə hüquq vermir.
  • 6. Qiymətli kağızların emissiyasının qeydiyyatı ilə bağlı MDM-ə hansı sənədlər təqdim edilməlidir?
  • Qiymətli kağızların emissiyası səhmdar cəmiyyətin nizamnamə kapitalının artırılması ilə bağlı olduqda təqdim edilən sənədlər:

    - emitentin ərizəsi;

    - əməliyyatın həyata keçirilməsi haqqında emitentin qərarı;

    - emissiya prospektinin surəti (olduqda);

    - buraxılışın dövlət qeydiyyatına alınması haqqında sənədin surəti;

    - kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışı;

    - qiymətli kağız sahiblərinin siyahısında dəyişikliklər olduqda, onları təsdiq edən sənədlər.

  • 7. Vərəsəlik üzrə qiymətli kağızların ötürülməsi zamanı hansı sənədlər tələb edilir?
  • Vərəsəlik əməliyyatının həyata keçirilməsi üçün tələb edilən sənədlər:

    - vərəsəlik üzrə sərəncam (MDM-də hazırlanır);

    - vərəsəlik şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

    - varisin (varislərin) depo hesabı olmadıqda, yeni depo hesabının açılması üçün zəruri sənədlər.

    Vərəsəlik üzrə prosedur qaydalar saytın Prosedurlar bölməsində daha geniş göstərilir.

 
Azərbaycan Respublikası, AZ1000, Bakı, Bülbül prospekti 19,
tel: 994-12-4935058; faks: 994-12-5983550
web site: www.mdm.az e-mail: info@mdm.az
 
 
Site by DreamArt ยฎ 2008