Baş səhifə | Saytın xəritəsi | Əlaqə | Ana səhifəsi et | Seçilmişlərə əlavə et
aze    |    eng    |    rus
 
İstifadəçinin adı: Parol
10 Mart 2010 il
çərşənbə



Milli Depozit Mərkəzi (MDM) Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli 580 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Depozit Sistemi haqqında" Əsasnaməyə müvafiq olaraq 18 sentyabr 1997-ci ildə təsis edilmiş və ilk adı “Mülk” Milli Depozit Mərkəzi olmuşdur. Qapalı səhmdar cəmiyyəti formasında təsis edilən MDM-in nizamnamə kapitalı 1 400 000 AZN təşkil edir. MDM-in səhmlərinin 100%-i Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə məxsusdur. MDM-in yaradılmasında ilkin məqsəd dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərin səhmlərinin saxlanılması və səhmdarlarının uçotunun aparılması olmuşdur. Qiymətli kağızların saxlanılması və reyestrin aparılması xidmətlərinə dair ilk müqavilə 1998-ci ildə imzalanmışdır.



 
10.12.2009
01.01.2010-ñu il tarixindən MDM-in Yeni Xidmət Tarifləri qüvvəyə minəñək
06.10.2009
“Listinq: alternativ maliyyələşdirmə yolu”
15.07.2009
MDM-Broker əlaqələri
09.07.2009
MDM yeni təşkilati-strukturu
09.07.2009
“Azərbaycanda Korporativ İstiqraz Bazarının İnkişafı” mövzusunda beynəlxalq konfrans keçirilmişdir
09.07.2009
2009-cu ilin 1-ci yarımilliyində MDM-in fəaliyyəti üzrə bir sıra mühüm dəyişiliklər



Adı, Soyadı: E-mail:
Sual:  



Bizim missiyamız müştərimiz olan hər bir investorun hüquqlarını qorumaq, rəqabətli beynəlxalq hesablaşma institutu olmaqla, korporativ idarəetmə prinsiplərinə və maliyyə şəffaflığına əsaslanaraq qiymətli kağızlar bazarında “mərkəzi bank” funksiyalarını yerinə yetirən mərkəzi institusional quruma çevrilmək, qiymətli kağızlarla bağlı tranzaksiyaların yeni standartlarını tətbiq etmək və elə bir institut olmaq ki, onun məhsulları, xidmətləri və təcrübəsi fond bazarında tövsiyə və nümunə kimi qəbul olunsun.




MDM, səhmdar cəmiyyətlərinə, eləcə də özəl və institusional sərmayədarlara aşağdakı növ xidmətləri göstərir:

- sənədli və sənədsiz formada, eləcə də dövlət özəlləşdirmə çekləri və opsionlar şəklində buraxılan qiymətli kağızlarlın saxlanması;

- qiymətli kağızların sahiblərinin reyestrinin aparılması;

- qiymətli kağızların özgəninkiləşdirilməsi yolu ilə bağlı olan əqdlərin qeydiyyatı;

- qiymətli kağızlarla mülkiyyət hüququnun rəsmiləşdirilməsi;

- qiymətli kağızların yüklülük faktlarının qeydiyyatı;

- qiymətli kağızların konsolidasiya, konvertasiya və xırdalanması, eləcə də digər global əməliyyatların aparılması.


ətraflı ...

 
Azərbaycan Respublikası, AZ1000, Bakı, Bülbül prospekti 17,
tel: 994-12-4935058; faks: 994-12-5983550
web site: www.mdm.az e-mail: info@mdm.az
 
 
Site by DreamArt ® 2008